Icma.az
close
up
RU
Münxendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir

Münxendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 26 oktyabr, AZƏRTAC

Münxendə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, şəhərdə 1,1 milyon seçici Münxen şəhərinin 2036-cı, 2040-cı və ya 2044-cü ildə keçiriləcək Olimpiya və Paralimpiya Yay oyunlarına ev sahibliyi üçün müraciət etməsinə razı olub-olmamasına səs verir.

Şəhər rəhbərliyi “München Olympija” adlı kampaniya ilə Olimpiya Oyunlarının keçirilməsinin iqtisadi və sosial üstünlüklər qazandıracağını vurğulayır. Onların fikrincə, layihə dövlət dəstəyi ilə şəhər nəqliyyatının genişləndirilməsinə, təxminən 4 min yeni mənzilin tikilməsinə və 1972-ci il Olimpiya obyektlərinin bərpasına şərait yaradacaq.

Bununla yanaşı, ekoloji təşkilatlar, bəzi partiyalar və vətəndaş təşəbbüslərinin birləşdiyi “NOlympia München” ittifaqı layihəyə qarşı çıxır. Onlar ekoloji fəsadlar, torpaqdan həddən artıq istifadə, kirayə və torpaq qiymətlərinin artması, eləcə də milyardlarla avroluq xərclərin şəhər büdcəsinə əlavə yük gətirəcəyini bildirirlər. Müxalifət Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qəbulolunmaz müqavilə şərtlərinə diqqət çəkərək, gəlirlərin IOC-da qalmasına, itkilərin isə ev sahibi ölkəyə yüklənməsinə etiraz edib.

Münxen meri Diter Rayter (SPD) bildirib ki, Olimpiya Oyunlarına ev sahibliyi məsələsində əsas şərt vətəndaşların iradəsidir. Oxşar müzakirələr Berlin, Hamburq və Reyn-Rur regionunda da aparılır. Almaniyanın Olimpiya Komitəsi (DOSB) isə 2026-cı ilin sentyabrına qədər ölkənin hansı şəhərlə Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edəcəyinə dair qərarını açıqlayacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri