Müqaviləsində unikal bənd: Balotelli meydandan qovulmadığı üçün milyon aldı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Football Leaks: The Dirty Business of Football kitabı futbol tarixinin ən qəribə müqavilələrindən birini açıqlayıb. Mario Balotelli “Liverpul” ilə müqavilə imzalayanda 1 milyon funt-sterlinq intizam bonusu da daxil olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, razılaşma sadə olub: Balotelli mövsüm ərzində kobudluğa, təhqirə və ya hakimlə mübahisəyə görə üç və ya daha çox qırmızı vərəqə almasa, bonus alacaqdı.
“Liverpul”a qoşulmazdan əvvəl Mario karyerasında artıq yeddi dəfə qırmızı vərəqə almışdı, buna görə də klub ehtiyatlı olmağa qərar verib. İtalyan bir milyon qazanmağa can atıb: o, mersisaydlılar üçün yeddi sarı vərəqə yığıb, amma heç vaxt meydandan qovulmayıb!
Balotelli "Enfild"də cəmi bir mövsüm keçirib - 28 oyunvə dörd qol. Ancaq qeyri-adi bonusu, şübhəsiz ki, qazanıb.
Baxış sayı:110
Bu xəbər 22 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















