Müqəddəs TaxtTacın kardinallarının sayı artıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Vatikan, 8 dekabr, AZƏRTAC
Müqəddəs Taxt-Tac üzrə kardinalların sayı artırılıb.
AZƏRTAC xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin iştirakı ilə Müqəddəs Pyotr Bazilikasında 21 yeni kardinalın andiçmə mərasimi keçirilib. Roma Papası yeni kardinallara aşındırıcı rəqabətə təslim olmamağı, düşmənçilik divarlarını yıxmağı və birlik yaratmağı tövsiyə edib. Mərasimdə 5500 dindar iştirak edib.
Yeni kardinalların təyin edilməsi ilə beş yeni ölkə - Əlcəzair, Avstraliya, Ekvador, İran, Serbiya siyahıya əlavə olunub. Bu, Papa Fransiskin pontifikatının sayca 10-cu tərkibidir. Hazırda Müqəddəs Taxt-Tacın kardinallarının sayı 253-dür ki, onlardan 140-ı seçici və 113-ü qeyri-seçicidir.
Qeyd edək ki, kardinal xristian katolik kilsəsinin ruhani rütbəsidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 08 Dekabr 2024 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















