Icma.az
close
up
RU
Müraciət edərkən mütləq bu addımları atın… KONKRET

Müraciət edərkən mütləq bu addımları atın… KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda həm əhalinin, həm də sahibkarların kredit alma imkanları son dövrlər xeyli daralıb. Maraqlıdır, əhalinin və sahibkarların kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması üçün hansı sistemli addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı şəraitdə kreditləşməni yaxşılaşdırmaq üçün real mexanizmlər demək olar ki, yoxdur.

Ekspertin sözlərinə görə, əsas problem həm vətəndaşların, həm də biznes subyektlərinin ödəniş qabiliyyətinin zəifləməsidir:

“İndiki məqamda yaxşılaşdırma üçün xüsusi addım görmürəm. Əvvəlki dövrlərdə müəyyən təkliflər etmək olardı. İndi isə həm əhalinin, həm də sahibkarların ödəniş qabiliyyətində ciddi problemlər var. Sabaha əminlik hissi yoxdur.”

Həsənov qeyd edib ki, banklar kredit verməkdə ehtiyatlı davranır, çünki geri qaytarılma riskləri yüksəkdir:

“Onsuz da banklar kimə kredit verəcəklərini müəyyən etməkdə çətinlik çəkirlər. Hər adama və ya sahibkara kredit verə bilmirlər. Sosial-iqtisadi vəziyyət gündən günə pisləşir.”

Ekspert kreditləşmənin qarşısını alan digər əsas amilin kölgə iqtisadiyyatının yüksək payı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir çox vətəndaş və sahibkarın əsas gəlirləri qeyri-rəsmi olduğundan, banklar onları kreditləşdirməkdə çətinlik çəkir:

“Bank başa düşür ki, qeyri-rəsmi gəlir var, amma Mərkəzi Bankın qaydaları buna imkan vermir. Kredit yalnız rəsmi gəlirə əsasən verilir. Bəzən çox lazım olanda qaydalar pozulur, lakin bu, kütləvi xarakter daşımır.”

Ekspert qeyd edib ki, BOKT-lar (bank olmayan kredit təşkilatları) daha yumşaq tələblərlə işləsələr də, onların da faizləri yüksəkdir:

“Onlara Mərkəzi Bankın tələbləri qismən yumşaqdır, amma ucuz vəsait mənbələri yoxdur. Əmanət qəbul etmirlər, Mərkəzi Bank kredit vermir. Lombardlarda isə faizlər daha yüksəkdir.”

Həsənovun fikrincə, banklara tətbiq edilən sərt tələblərin başlıca səbəbi əmanətlərin təhlükəsizliyinin qorunmasıdır:

“Banklara dair tələblərin sərt olmasının səbəbi əmanətçilərin pullarıdır. Banklar həmin vəsaitləri təhlükəsiz şəkildə idarə etməlidirlər.”

Ekspert hesab edir ki, mövcud iqtisadi vəziyyət dəyişmədən, kredit resurslarına çıxışın genişlənməsi real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri