Icma.az
close
up
RU
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi Fotolar

Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi Fotolar

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Ötən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında "3:0” adlı solo konserti baş tutub. 

Heydər Əliyev Sarayının qapıları açılan andan içəriyə axışan izdihamlı tamaşaçı ordusu axın edib. Sarayın dəhlizlərində foto çəkdirənlər, mahnıları zümzümə edənlər, illərdir dillərdə dolaşan hitlərini canlı dinləməyə gələn izləyicilərin coşqusu diqqət çəkib.

Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb:

"Həyəcanlı, sürprizli, bol əyləncəli bir konsert olacaq. Aylardır hazırlaşıram. 200 nəfərlik komanda hazırlaşıb. 20 hit manhnı  səsləndirəcəyəm. Hazırlıqlar dövründə səhnəni bölüşəcəyim ulduzları açıqlamadım ki, sırf biletləri Muradsevərlər alsın. İndi açıqlaya bilərəm.

 Xalq artisti Röya Ayxanla iki duetimiz olacaq. Reper Ramil Nabranla da səhnəni bölüşəcəyik. Bu gecə həm əylənəcəyik, həm kövrələcəyik”. 

"Bakı gözyaşlarına inanmır” mahnısı ilə konsertə start verən sənətçi gecəyə qəmgin notlarla başlayıb. Aylardır 200 nəfərlə hazırlaşdığı konsertin ssenarisində Murad Arif dəyişiklik edib. 

 Qonaqları salamlayan HITMAKER konsertində bir gün əvvəl vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinə başsağlığı verib. O, həmçinin millət vəkili Qənirə Paşayeva, Aygün Bəylər, Rəhim Rəhimli, Oqtay Əliyev və Azər Baxşəliyevin də adlarını çəkərək onların xatirəsini ehtiramla anıb.

"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək"-, sənətçi öz vəfa borcunu yerinə yetirib. 

Murad Arifin sənət dostlarından danışarkən kövrəlməsi diqqətdən qaçmayıb. 

Gecədə duet ortaqları da Muradı tək qoymayıb və səhnəyə Xalq artisti Röya Ayxan çıxıb. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 

Murad bildirib ki, Röyaya yeni hit təqdim edib və sözügedən mahnı Röya Ayxanın konsertində səslənəcək. 

Konsert sosial mesajlarsız da ötüşməyib. "Qızım” mahnısını səsləndirmədən öncə sənətçi selektiv abortlara diqqət çəkiblər. O, atalardan səslənərək qzılarını xüsusi qayğı ilə sevmələrini istəyib:

"Hələ də selektiv abortlar yaralı yerimizdir. Heç bir qadın cinsiyyətinə görə övladını tələf etmir. Adətən atalar qız övladı deyil, oğlul istəyirlər. Selektiv abortların artmasına səbəb budur. Atalar, gəlin, qzlarımızı çox sevək. Onların daim bizim sevgimizə ehtiyacı var”. 

Daha sonra "Oğlum” mahnısını ifa edən ulduz oğluna sevgisini də bildirib. 

Konsert zamanı Murad Arifin uşaqlıq illərindəbəhs edən video-şarx təqdim olunub.  Görüntülərdə sənətçinin fərqli düşüncəyə sahib olduğu üçün təklik yaşadığını, dostlarının onu anlamadığı qeyd olunub. Daha sonra səhnəyə müğənni ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin  üzvləri  çıxıb. Onlar birlikdə "Fərqliyəm” mahnısını səsləndirib. 

"Dondurma", "Mənə Sən Lazımsan", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!" mahnılarını ard-arda ifa edən sənətçi  səhnəni reper Ramil Nabranla bölüşüb. 

Konsert zamanı iki kostyum dəyişən HITMAKER geyimlərinin özəl olaraq onun üçün hazırlandığını, svarovski daşlarla bəzədildiyini hətta konsertə görə 5 kilo çəki itirdiyi deyib. 

Anşlaq və alqışlarla keçən konsertin sonunda tamaşaçılar Murad Arifi zaldan buraxmaq istəməyib. Saray alqış sədaları ilə çalxalanıb. Murad Arif həm musiqisi, həm verdiyi mesajlar, həm də səmimiyyəti ilə tamaşaçılarına unutulmaz bir axşam bəxş edib. 

Bütün biletlərin satıldığı gecə Murad Arifin nə qədər sevildiyini bir daha sübut edib.














Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri