Murat Bozla Demet Özdemirin xilas edilmə anları
Icma.az, Baku.ws saytına istinadən bildirir.
İstanbulu ağuşuna alan sel həyatı iflic edib. Məşhur müğənni Murat Boz leysan yağışları nəticəsində şəhərin Ayazağa bölgəsindəki "Phoenix" studiyalarında yüzlərlə əməkdaşın köməksiz vəziyyətdə qaldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edərək müvafiq qurumlardan təcili kömək istəyib:
"Yolu iki metr hündürlüyündə su basıb. Studiyaya da su dolur, hərəkət edə bilmirik. Xanımları ara mərtəbəyə çıxarmışıq. Orada ən çox 30-35 nəfər qala bilər. İçəriyə su dolmaması üçün dua edirik. Yüzlərlə əməkdaşla birlikdə köməksiz qalmışıq. Təcili dəstək gözləyirik".
Həmin vaxt sözügedən studiyada məşhur aktrisa Demet Özdemir də olub.
Bir neçə saat sonra studiyada xilasetmə əməliyyatları həyata keçirilib.
Demet Özdemir Murat Boz rezin qayıqlarla sözügedən ərazidən təxliyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















