Murat Kurum: 196 ölkə iqlim dəyişikliyini Türkiyədə müzakirə edəcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 23 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Türkiyədə keçirilməsi ilə bağlı danışıqlar Braziliyanın Belem şəhərində uğurla başa çatıb. 196 ölkənin nümayəndəsi iqlim dəyişikliyi gündəliyi üçün 2026-cı ildə Türkiyədə toplaşacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum səsləndirib.
Nazir bildirib ki, razılığa əsasən Türkiyə COP31-ə ev sahibi olacaq, Avstraliya isə danışıqlar prosesinə rəhbərlik edəcək.
M.Kurumun sözlərinə görə, BMT-nin qaydalarına əsasən Avstraliya və Türkiyənin daxil olduğu Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) bütün üzvləri məsələ ilə bağlı yekdil razılığa gəlib.
Pre-COP adlı iclas isə Sakit Okean hövzəsindən bir dövlətdə keçiriləcək.
Türkiyənin “ədalətli və balanslaşdırılmış bir konfrans təşkil etmə” öhdəliyini öz üzərinə görürdüyünü vurğulayan M.Kurum, COP31-lə bağlı qərara dəstək verən bütün ölkələrə təşəkkürünü bildirib.
Nazir bəyan edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə aktiv diplomatik səyləri davam etdirəcək: “COP31 çərçivəsində bəşəriyyətin gələcəyinə qətiyyətlə töhfə verərək, əvvəlki COP-larda əldə olunan impulsu şəffaf və hərtərəfli şəkildə davam etdirəcəyik. İnanıram ki, COP31 prosesini Avstraliya ilə birlikdə ədalətli, hərtərəfli, iştirakçı və şəffaf bir yanaşma ilə heç bir tərəfi görməzdən gəlmədən uğurla həyata keçirəcəyik".
M.Kurum əlavə edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini, hər platformada beynəlxalq əməkdaşlığa səmimi yanaşması ilə nümayiş etdirir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Noyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















