Icma.az
close
up
RU
Murat Kurum: COP31 ə ev sahibliyi Türkiyənin tarixi diplomatik qələbəsidir

Murat Kurum: COP31 ə ev sahibliyi Türkiyənin tarixi diplomatik qələbəsidir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 24 noyabr, AZƏRTAC

Türkiyə iqlim dəyişikliyi səylərini izləyən ölkələr sırasından çıxıb və hazırda ətraf mühitin qorunması üçün addımları müəyyən edən qlobal aktorlar arasındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibi hüququ əldə etməsinə həsr olunmuş sosial media paylaşımında bildirilib.

M. Kurum xatırladıb ki, Türkiyənin iqlim böhranının həlli üzrə ilk əhəmiyyətli addımları 2004-cü ildə Cenevrədə əldə edilən beynəlxalq razılaşmalara əsasən atılıb.

O bildirib ki, son 21 ildə Türkiyə iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi addımlar atıb və bu, Ankaranın qlobal miqyasda ətraf mühit siyasətini müəyyənləşdirmək üçün ən qlobal platformalardan birinə ev sahibliyi etmək hüququnu əvvəlcədən müəyyənləşdirib.

Nazir qeyd edib ki, 2022-ci ilin fevral ayında Türkiyə İqlim Şurasının fəaliyyətə başlamasından sonra ölkənin ilk iqlim qanununun hazırlanması səylərinin əsasını təşkil edən 217 təklif hazırlanıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın 2053-cü ilə qədər sıfır emissiya hədəfini açıqlaması da Türkiyənin ətraf mühit siyasətində atılan mühüm addım olub. Son iki ildə Türkiyə COP31-ə ev sahibliyi etmək üçün xeyli diplomatik səy göstərib. Bu, Braziliyanın Belem şəhərində keçirilən iqlim sammiti çərçivəsində beşgünlük müzakirələrlə nəticələnib”, - deyən türkiyəli nazir gələn il 196 ölkənin nümayəndələrinin Türkiyədə qlobal ekoloji problemləri müzakirə edəcəyini vurğulayıb.

M. Kurum COP-un Türkiyədə keçirilməsi qərarını ölkə üçün tarixi diplomatik qələbə adlandırıb.

Türkiyəli nazir paylaşımına Ankaranın ətraf mühit gündəliyinin mərhələləri haqqında infoqrafika da əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri