Murat Yakın: “Argentinaya hakimin səhvinə görə uduzduq“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İsveçrə millisi Argentina ilə matçda baş hakimin səhvinə görə uduzub.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Murat Yakın Argentina yığmasına qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları oyuna şərh verib:
"Brel Embolonun ikinci sarı vərəqə alması üçün heç bir əsas görmədim. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və qəbuledilməz bir qayda ucbatından bu şəkildə mübarizəni dayandırmalı olduq.
Hakim və VAR-ın həmin qərarı necə qəbul etdiyini anlamıram. Bu qayda oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim sadəcə oyunu davam etdirməli idi".
Qeyd edək ki, Argentina İsveçrə seçməsinə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 İyul 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















