Muriqi “Fənərbağça”da? 18 milyonluq transfer iddiası
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Malyorka” klubunun hücumçusu Vedat Muriqinin yenidən “Fənərbağça” formasını geyinmək istədiyi iddia olunub.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun Səudiyyə Ərəbistanının “NEOM SC”, ABŞ-nin “Orlando Siti” klublarının, həmçinin “Qalatasaray”ın marağına müsbət cavab vermədiyi bildirilir.
İspaniya La Liqasında uğurlu mövsüm keçirən təcrübəli hücumçunun karyerasını keçmiş komandasında davam etdirmək istədiyi vurğulanıb.
Məlumata görə, 32 yaşlı futbolçu ilə “Barselona” da maraqlanıb. Lakin Muriqinin bütün təklifləri geri çevirərək əsas prioritet kimi “Fənərbağça”nı seçdiyi qeyd olunub.
Xəbərdə “Fənərbağça” prezidentliyinə namizəd Aziz Yıldırımın Vedat Muriqi ilə görüş keçirdiyi və tərəflərin prinsipial razılığa gəldiyi də iddia edilib. Bundan sonra İstanbul klubunun “Malyorka” ilə transfer danışıqlarına başlamağa hazırlaşdığı bildirilib.
İspaniya təmsilçisinin futbolçunun transferi üçün 18 milyon avro (36 milyon AZN) tələb etdiyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















