Icma.az
close
up
RU
Murov Az Terminal ın baş meneceri: Yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacağıq

Murov Az Terminal ın baş meneceri: Yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacağıq

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Murov Az Terminal"ın kişi voleybolçulardan ibarət komandası Azərbaycan çempionatının yeni mövsümündə çempionluq uğrunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Şiraslan Kərimov bildirib.

Klub rəsmisi daha güclü komanda formalaşdırdıqlarını bildirib: "Artıq iki ildir ölkə çempionatında gümüş medalın sahibi oluruq. Turnir ərzində sabit çıxış etsək də, finalda nələrsə çatmır. Ötən mövsümlə müqayisədə çox güclü komanda yığmışıq. Yeni baş məşqçi dəvət etmişik və 1 illik müqavilə bağlamışıq. Yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacağıq. Ümid edirəm ki, istəyimizə çatacağıq".

O, komandanın yeni kapitanının müəyyənləşdiyini də nəzərə çatdırıb: "Heyətdə dəyişikliklər həyata keçirmişik. Çox yaxşı legionerlərimiz var. 5 əcnəbi voleybolçu götürmüşük. Ötən mövsümün ən yaxşı oyunçusu seçilən Aleksey Samoylenko komandada qalacaq və kapitan olacaq".

Kərimov əsas heyətə klubun yetirmələrini də dəvət etdiklərini söyləyib: "Heyətə "Murov Az Terminal"ın yetirmələri olan voleybolçuları da dəvət etmişik. Əsas hədəfimiz yerli oyunçuların inkişafıdır. Artıq yaşlı voleybolçuları komandaya götürməməyə qərar vermişik. Yeni oyunçularımız 17-18 yaşındadırlar. Legionerlərlə birgə oynamaq onların inkişafı üçün çox böyük fürsətdir".

Qeyd edək ki, "Murov Az Terminal" ötən mövsüm Azərbaycan Yüksək Liqasının gümüş medallarını qazanıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri