Icma.az
close
up
RU
Murovdağ tuneli birləşdi Bölgəyə böyük perspektivlər açılır VİDEO

Murovdağ tuneli birləşdi Bölgəyə böyük perspektivlər açılır VİDEO

Icma.az, Modern.az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi ilə bağlı işlər sürətlə davam etdirilir. Aparılan tikinti işləri istiqamətində dünən Kəlbəcər rayonunda yerləşən Murovdağ tunelinin sol tərəf yarım hissəsi də tunelə birləşdirilib. 

Milli Məclisin deputatı Vuqar Bayramov Modern.az-a bildirib ki, tikinti işlərinin artıq yekunlaşmaq üzrə olduğu bu tunelin istismara verilməsi, bölgədə mühüm iqtisadi və sosial dəyişikliklərə yol açacaq. 

“Qarabağ və Şərqi Zəngəzur böyük turizm potensialına malik bölgələrdir. Xüsusilə Kəlbəcər Cənubi Qafqazda turizm baxımından ən perspektivli ərazilərdən biri hesab olunur. Uzun illər işğal altında qaldığı üçün bu ərazilərdə mövcud infrastruktur tamamilə dağılıb və hazırda həm mövcud imkanların bərpası, həm də yeni infrastrukturun yaradılması istiqamətində dövlət tərəfindən ciddi addımlar atılır”.

İqtisadçının sözlərinə görə, bu baxımdan dövlət büdcəsindən ayrılan vəsaitlər birbaşa infrastrukturun qurulmasına yönəldilib və məskunlaşma da prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilib:

“Məskunlaşan vətəndaşlarımız üçün yaşayış evlərinin inşası paralel şəkildə davam etdirilir. Kəlbəcərin turizm, aqrar və ümumi iqtisadi potensialı kifayət qədər böyükdür. Bu potensialdan səmərəli istifadə üçün isə güclü infrastruktura ehtiyac var. Təbii ki, bu layihələr bölgədə turizm imkanlarını genişləndirəcək və daha çox xarici turistin cəlb olunmasına imkan yaradacaq".

Deputat əlavə edib ki, infrastrukturun inkişafı həm də sərmayə qoyuluşları baxımından mühüm rol oynayır. Bununla belə, Kəlbəcər və digər işğaldan azad olunmuş rayonlara maraq göstərən yerli və xarici iş adamlarının sayı da artmaqda davam edir: 

“Onu da bildirmək istərdim ki, 2020-ci ildə bütövlükdə əldə olunan Zəfərdən sonra dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 21 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitin əhəmiyyətli bir hissəsi isə elə məhz infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib”.

O həmçinin vurğulayıb ki, Murovdağ tunelinin istismara verilməsi bölgənin iqtisadi aktivliyini artırmaqla yanaşı, yük və sərnişin daşımalarını da xeyli asanlaşdıracaq:

“Bu layihə regionun digər iqtisadi sahələrinin, məsələn kənd təsərrüfatı, ticarət, xidmət və sənaye sektorlarının da inkişafına təkan verəcək. Bununla yanaşı, çətin coğrafiyaya malik olsa da, strateji mövqedə yerləşən Kəlbəcər kimi rayonlara yatırımlar sosial-iqtisadi inteqrasiyanı sürətləndirəcək və əhalinin dayanıqlı məskunlaşmasına da öz real təsirini göstərəcək. Yeni yollar, tunellər, elektrik, su və digər kommunal xidmətlərin qurulması bölgənin həyat şəraitini yaxşılaşdırmaqla birgə, onun ümumi iqtisadi dövriyyəyə daxil olmasını da təmin edəcək”.

V.Bayramov onu da qeyd edib ki, Murovdağ tuneli və digər infrastruktur layihələri yalnız Kəlbəcər rayonunun deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişində, eyni zamanda Azərbaycanın ümumi iqtisadi inkişafında mühüm rol oynayacaq.
 

“Murovdağ tuneli Azərbaycanın çox möhtəşəm infrastruktur layihələrindən biridir”, - bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov saytımıza açıqlamasında söyləyib. O bildirib ki, hazırda ölkəmizdə inşa olunan ən uzun yol tuneli olan Murovdağ tuneli təxminən 12 km uzunluğa malikdir və strateji, həm də logistik baxımdan böyük əhəmiyyət daşıyır: 

“Mən şəxsən bu tunelin tikintisi ilə tanış olmuşam, hətta dağın altına daxil olaraq işlərin gedişiatını yerində müşahidə etmişəm. Tunel sistemi iki paralel xəttdən ibarətdir - biri gediş, digəri isə gəliş istiqaməti üçün nəzərdə tutulub. Qazma işləri həm Kəlbəcər, həm də Göygöl istiqamətindən aparılaraq ortada birləşdirilib. Artıq istiqamətlərdən biri üzrə qazma işləri də başa çatıb və texniki tamamlanma mərhələsinə yol infrastrukturu, kommunikasiya xətləri, işıqlandırma sistemi və örtük işlərinə keçilir. Digər tunelin də tezliklə tamamlanması gözlənilir”.

Ekspert vurğulayıb ki, Murovdağ tuneli həm logistik, həm də strateji baxımdan çox böyük əhəmiyyətə malikdir. 

“Qarabağ münaqişəsi zamanı Kəlbəcər faktiki yarımblokadada idi. Hazırda bu yol bərpa olunur və bölgəyə artıq dörd müxtəlif marşrut üzrə çıxış imkanı yaranıb. Bunlara Ağdərə-Tərtər yolu ilə yanaşı, Laçın aeroportu istiqamətindən çəkilən yeni avtomobil yolu, Kəlbəcərin İstisu qəsəbəsindən başlayaraq Laçının Minkənd kəndinə uzanan dağlıq marşrut, eləcə də Murov dağının altından keçən yeni tunel yolu daxildir. Bu yol Qərbi Azərbaycanla sərhədə yaxın ərazilərdən keçir”.  

Ə.Hüseynov bildirib ki, bu yolların əksəriyyətində yataq işləri tamamlanıb, yalnız asfalt örtüyü və digər tamamlama işləri qalır:

“Strateji baxımdan isə Murovdağ tuneli və əlaqəli yollar böyük perspektivlər vəd edir. Bu yol hazırda dövlətlərarası magistral kimi tanınmasa da, gələcəkdə beynəlxalq əhəmiyyətli yol statusu ala bilər. Belə ki, Bakı-Qazax-Gürcüstan sərhədi istiqamətindən başlayaraq Gəncə yaxınlığından keçən bu yol Murovdağ tuneli vasitəsilə Kəlbəcərə, oradan Laçın, Qubadlı, Zəngilan və sonda İranla sərhəddə yerləşən Araz çayı sahilinə qədər uzanır”. 

Nəqliyyat eksperti onu da diqqətə çatdırıb ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında sərhəd-keçid məntəqəsi yaradılması ideyası var. Onun sözlərinə görə, Murovdağ tunelindən keçən yol da Kəlbəcər, Laçın və Qubadlı ərazisindən keçdikdən sonra cənubda Horadiz-Ağbənd magistralına birləşir. Nəticədə, həm İrandan Gürcüstana doğru uzanan beynəlxalq nəqliyyat dəhlizi formalaşa bilər:

“Əlbəttə, bu ərazilər çətin relyefə malikdir. Yolun elə yeri var ki, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Həmin ərazilərdə payız, qış, yaz aylarında mütəmadi olaraq qar, buz və duman olur. Bu, ağır yük avtomobilləri üçün çətinlik yarada bilər. Amma yay aylarında yüngül nəqliyyat vasitələri, sərnişin avtobusları və turistlər üçün əlverişli marşrutdur”.

O son olaraq əlavə edib ki, Murovdağ tunelinin istifadəyə verilməsi ilə Gəncə istiqamətindən Kəlbəcərə, oradan isə Laçın və Cənub rayonlarına daha rahat, birbaşa keçid mümkün olacaq:

“Artıq Kəlbəcər rayonuna Tərtər-Ağdərə-Kəlbəcər marşrutundan əlavə, həm də Murovdağ tuneli vasitəsilə ölkəmizin Şimal-Qərb zonasından da çox rahat və qısa müddətdə getmək mümkün olacaq”,- deyə Ə.Hüseynov qeyd edib.

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see258

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see246

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see202

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see184

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri