Icma.az
close
up
RU
Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək 7 MİLYON AYRILDI

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək 7 MİLYON AYRILDI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Murtuza Muxtarovun ev muzeyinin yenidənqurulması həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən müvafiq işlərə start verilib. 

Məlumata əsasən, “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurması) ilə bağlı “Cronos Construction” MMC ilə müqavilə imzalanıb.

Şirkətə yuxarıda qeyd olunan işlərin görülməsi müqabilində 7.040.948,92 AZN ödənəcək.

Xatırladaq ki, Dendrologiya Parkının yerləşdiyi ərazi əvvəllər məşhur azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. O, bu ərazidə böyük bir bağ saldıraraq müxtəlif nadir bitkilər gətizdirib. Sonradan həmin bağ əsasında Dendrologiya Parkı yaradılmış və bu gün də o zəngin bitki müxtəlifliyi ilə diqqət çəkir.

Qeyd edək ki, tərəflər arasında daha öncə də müxtəlif satınalma müqavilələri imzalanıb. 

Belə ki, 2021 və 2022-ci illərdə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi və Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilələr imzalanıb. 

Bunların müqabilində şirkətə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən 788.771 AZN və 980.918,78 AZN ödənilib.  Daha sonra isə təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı şirkətə daha 13.449.826,91 AZN ayrılıb. 

Bundan əlavə  "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən “Heydər Əliyev Mərkəzinin park ərazisində yerləşən kafedə (Pond Cafe) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar malların işlərin və xidmətlərin satın alınması” ilə bağlı elan edilən tenderin qalibi də “Cronos Construction” MMC seçilib. 

Həmçinin Beynəlxalq Muğam Mərkəzinin restoranında (Ud zalı) avadanlıqların təmiri və alınması da 2023-cü ildə eyni şirkət həyata keçirib və bunun müqabilində Mərkəzdən 245.847,69 AZN ödəniş alıb.

Ötən il isə “Azərişiq” ASC ilə 4.382.508,88 AZN müqavilə imzalanaraq Sabunçu rayonu, 35/6 kV-luq 2x10 MVA gücündə "34" saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri görülüb.

Əlavə edək MMC 26 may 2014-cü ildə dövlət qeydiyyatına alınıb. 200 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Əliyev İlham Fərrux oğludur. 

Şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçi Əliyev Ruhin Ramiz oğlu olub. Araşdırmalarımız zaman məlum olub ki, o hazırda “İntex Audit” MMC-nin direktorudur.  (MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb.

Əliyev İlham Fərrux oğlu haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir (valyuta.az). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri