Icma.az
close
up
RU
“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Elm və Təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabı çıxıb. Kitab XX yüzil tatar ədəbiyyatının ölməz nümayəndəsi, faşizmə qarşı mübarizənin rəmzinə çevrilmiş Şair-Qəhrəman Musa Cəlilin anadan olmasının 120 illik yubileyinə həsr olunub.
Kitab Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyin, Daimi Nümayəndə Murad Qadılşinin dəstəyi ilə nəşr olunub.
Layihənin rəhbəri, redaktoru və ön söz müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Musa Cəlil haqqında xatirələri Azərbaycan dilinə “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu çevirib.
 

Nəşrin məsləhətçiləri Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Dövlət Şurasının deputatı Rkail Zəydulla və Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin əməkdaşı Elmira Yusifli, rəyçiləri Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi, Musa Cəlil adına Respublika Mükafatı laureatı, şair-tərcüməçi və ədəbiyyatşünas Lenar Şeyx, DGTYB başqanı, şair İntiqam Yaşar, layihənin koordinatoru isə Azərbaycan Tatar İcmasının fəalı Rəşad Yusiflidir.


Kitabın hazırlanmasında görkəmli tatar araşdırmaçı-yazarı Rafael Mustafinin Kazanda nəşr olunmuş “Qırmızı çobanyastığı: Şair-Qəhrəman Musa Cəlil haqqında hekayələr” əsərində toplanmış materiallardan yaradıcı şəkildə istifadə edilib. Bu yanaşma Azərbaycan oxucusuna Musa Cəlilin həyat salnaməsini daha dolğun və güvənilir qaynaqlar əsasında təqdim etməyə imkan verib. Əlamətdar haldır ki, bu il həm də Rafael Mustafinin anadan olmasının 95, vəfatının isə 15-ci ildönümüdür.
Nəşrdə Musa Cəlilin ömür və yaradıcılıq yolunu müxtəlif rakurslardan işıqlandıran dəyərli xatirələr, sənədli mətnlər və araşdırmalar toplanıb. Müəlliflər sırasında Əminə Cəlil, Qazı Kəşşaf, Konstantin Simonov, Rafael Mustafin və başqa tanınmış qələm sahiblərinin yazıları yer alır.

Kitabın əsas məqsədi böyük şairin həyat yolunu və yaradıcılığını təqdim etməklə birgə, onun şəxsiyyətini – ailə başçısı, dost, vətəndaş, mübariz insan, bir sözlə, mənəvi örnək kimi oxucuya tanıtmaqdır. Nəşr oxucunu “Moabit dəftərləri”nə aparan mənəvi yolun başlanğıcı ilə tanış edir, Musa Cəlilin iradəsini, yaradıcılıq məsuliyyətini və azadlıq uğrunda mübarizəsini yeni baxış bucağından tanıdır.
DGTYB uzun illərdir türk xalqlarının ortaq ədəbi-mədəni irsinin öyrənilməsi, qarşılıqlı tanıdılması və yeni nəslə çatdırılması yönündə ardıcıl layihələr həyata keçirir.
“Musa Cəlil ömürlüyü…” də bu missiyanın davamı olaraq Türk dünyasının ortaq mənəvi yaddaşına xidmət edən nəşrlər sırasına qoşulur. Birlik son illərdə Azərbaycanla digər türk ölkə və topluluqları arasında ədəbi-mədəni bağların gücləndirilməsinə xidmət edən çoxsaylı kitablar, antologiyalar və beynəlxalq layihələr gerçəkləşdirib.
Kitabın nəfis bədii tərtibatı da onun ideya yükü ilə həmahəngdir. Üz qabığında Musa Cəlilin portreti ilə azadlıq uğrunda mübarizəni simvolizə edən abidə kompozisiyasının və tikanlı məftil motivinin vəhdəti nəşrin əsas fəlsəfəsini – əsarət üzərində mənəvi qalibiyyəti dolğun şəkildə ifadə edir.
“Musa Cəlil ömürlüyü…” Azərbaycan oxucusunun tatar xalqının böyük oğlu Musa Cəlilə sayğısının, eyni zamanda Türk dünyasının ortaq ədəbi-mədəni yaddaşına sədaqətinin daha bir ifadəsidir. Bu nəşr həm yubiley kitabıdır, həm də yaddaşı yaşadan, qəhrəmanlıq, ləyaqət və mənəvi məsuliyyət duyğusunu gələcək nəsillərə ötürən dəyərli sənədli topludur.
Əkbər Qoşalının ktaba yazdığı ön sözü oxucularımızla bölüşürük:
Tarix – insan çalışmalarını, ictimai münasibətləri və keçmiş hadisələri sistemli şəkildə öyrənən elmdir – bunu bilirik; bəli, onu da bilir və əlavə edirik ki, tarix insan cəmiyyətinin inkişafını, xalqların yaşamını və baş vermiş prosesləri araşdırır. Bu öyrənilənlər – tarixin predmeti ölkələr, xalqlar, cəmiyyətlər miqyasında olduğu kimi, ayrı-ayrı şəxslərin timsalında da təzahür, təcəlli edə, şəkillənə bilir… – Faşizmin qurbanı olmuş əfsanəvi tatar şairi Musa Cəlilin taleyində olduğu kimi…
 

Bəli, tarix tribunaya çıxmır, hayqırmır, şüar yazmır. Tarix bəzən bir ailə ortamında, iş otağında, bir yazı masasının qırağında, gecəyarısı yarımçıq qalmış bir əlyazmada da yaşaya bilir… Bəzən də sükutla yaşar və danışar tarix – baxarsan, qarşındakı mətn məhz belə bir sükut içində danışan tarixin özü kimi durub qənşərində. Musa Cəlilin taleyi elə bu cürdür: dərinlikdən gələn səs… gurultudan, bəlağətdən uzaq, sədaqətlə ölçülən bir ömür…


Bu kitabda toplanan mətnlər böyük hadisələrin xronikası olmaq iddiası daşımır; amma böyük hadisələrin insani, mənəvi və etik əsasını göstərir. Burada nə müharibənin böyük gurultusu var, nə mötəbər tribunaların səsi… Burada məsuliyyətin sərrast, amma sakit addımları; zehn-zəhmətin görünməyən tərəfi; yaradıcılığın gündəlik intizamı və ondan da üstün olan ləyaqət var. Musa Cəlil bu mətnlərdə nəinki yalnız şair kimi görünür, bəlkə daha çox dost-yoldaş kimi, ailə başçısı kimi, dost kimi, ictimai məsuliyyət daşıyıcısı, bir sözlə, əsl insan kimi görünür.
Oxucu bu kitabda bir insanın ömrünə baxır; ancaq bu ömür təkcə bir fərdin taleyi sayılmamalıdır.
Bu, bir dönəmin mənəvi portreti, bir nəslin davranış kodeksi, aydınlara xas məsuliyyətin gündəlik formasıdır. Burada istedad təriflə ölçülmür – ölçü vahidi zəhmətdir; böyüklük isə iddianı bir yana qoyub, sakit və ardıcıl davamlılıqla müəyyən olunur. Musa Cəlilin yaradıcılıq taleyi bunu aydın şəkildə göstərir: onlarla variant, saysız qaralama, “tələsməyən nəşr”, yazının zaman sınağından keçməsi – bütün bunlar poeziyanın həm də əxlaq məsələsi olduğunu xatırladır.
Bu mətnlərin lirizmi səs-küy doğurmur. O, anıların dərinliyindən gələn işıqdır elə bil. Əminə Cəlilin anılarında ailə münasibətləri, gündəlik vərdişlər, dostluqlar, iş rejimi sadəcə bioqrafik detal olmaqdan çıxır, şəxsiyyətin formalaşma mexanizmi kimi təqdim olunur. Oxucu hiss edir ki, yaradıcılıq burada təsadüfi ilhamdan ötə, intizamın nəticəsidir. Yazmaq istirahətdən irəli – məsuliyyətdir; yaşamaq isə necə deyərlər, bir borcdur.

Musa Cəlilin həyatında yaradıcılıq yazı masası ilə məhdudlaşmır. O, düşüncəni insan içində yetişdirir, obrazı küçədə, işdə, söhbətdə tapır, yazını isə yalnız son mərhələ kimi masaya gətirir. Bu kitab göstərir ki, mədəniyyət yalnız əsərlərlə qurulmur – bəlkə daha çox davranışla, münasibətlə, etik mövqe ilə qurulur...
Bir mədəniyyət nə zaman güclü olur? – Mədəni irsə sayğı göstərildikdə, o irs qorunduqda, öyrənildikdə və yaşadıldıqda,
yeni sənət hadisələri yaradıldıqda,
yeni çağırışlara açıq, amma dəyərlərə sədaqətli olduqda…
Musa Cəlilin taleyi bax, elə bu ardıcıllığın canlı örnəyidir. Sözün məsuliyyəti həyatın məsuliyyətindən ayrı deyil. – Onun yaradıcılığı, dostluqları, ictimai fəaliyyəti, hətta əlyazmalarının taleyi belə bizə bunu göstərir.
Tarixi məsuliyyət bax məhz buradadır. Çünki bu kitab yalnız keçmişi anmır – həm də bu günü sorğulayır. Oxucu istər-istəməz özünə sual verir: biz bu cür məsuliyyətli həyat modelindən nə qədər uzaqlaşmışıq? İstedadı tənbəlliklə, yaradıcılığı səs-küylə, dəyəri tanınmışlıqla qarışdırdığımız bir dönəmdə Musa Cəlilin taleyi sanki bir etik ölçü rolunu oynayır.
Asif Ata üslubu ilə desək,
burada qəhrəmanlıq yoxdur – amma dözümlü ləyaqət var;
burada pafos yoxdur – amma dərin sədaqət var;
burada ideal obraz yaradılmır – amma yaddaş üçün dürüst çərçivə qurulur.
Biz bu ön sözü kitabı izah etmək üçün yazmırıq. Məqsəd – oxucunu tələsmədən oxumağa, sətirlərin aralarını da “dinləməy”ə çağırmaqdır. Çünki bu kitab içdən, içdənliklə oxunmağı haqq edir. Çünki yaddaşın yükünü daşıyır. Musa Cəlilin adı isə bu yaddaşın içində, necə deyərlər, sükutla danışan tarix kimi qalır…
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyul 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri