Icma.az
close
up
RU
Musa, hər şey yaxşıdır 2

Musa, hər şey yaxşıdır 2

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman anlayış olaraq ataların oğullarını ova aparmaqla/öyrətməklə başlayıb. Onlar “nəticə qazanmağı” bacararkən atalarda fəxarət hissi yaranırdı…

Prinsip ibtidai zamandan bu yana dəyişilməyib.

Dünən “Qarabağ”ın imza atdığı möhtəşəmlikdə son möqtəni Musa qoyanda bir anlıq ekrana gələn Qurban Qurbanovun gözlərində duyulurdu fəxarət hissi. Yaradılışın ən təməl hisslərindən biri… Və bəlkə də bir ata aspektindən baxılsa, ən möhtəşəmi.

Musa Qurbanlı “Şkendiya” ilə oyunda qol vurmaq hirsi ilə alışıb-yanırdı. Bunu onun emosiya dozasını daşıran bir epizoddan açıq sezmək mümkün idi.

Bir idmançı üçün ən həssas emosional durumlardan biri həmin anlarda çabaların nəticəyə varmaması olur. O hissi yaşayanlar bu cümləni oxuyanlardan qat-qat daha yaxşı anlayar…

Və buna görə, “Musa, hər şey yaxşıdır” sərlövhəli yazı hazırladım. Sırf mənəvi ehtiyacdan. Dərin mənəvi ehtiyacdan…

İlk hissəsi 0:1 geridə bitən oyunda mükəmməl geridönüş edərək yenə 3:1 hesablı qələbə qazanan “Qarabağ” “Ferentsvaroş”u Bakıda da məğlub edəcək. “Atlılar”, bax, bu qədər əminlik verəcək qədər böyükdür…

Və bu dramatik qələbənin üçüncü qolunu zədələnən Nərimanı əvəzləmiş Musa vurdu. Heyrətamiz mənzərə…

Şəxsi, idmançı xarakteri ilə böyük hörmət qazanmış Musanın haqqında tənqid yazdığımız kimi, şəninə layiq tərif etməyimiz də mənən haqlı, ədalətli məqamdır.

Legioner hücumçusuz (!), Nəriman, Musa kimi gənc azərbaycanlılarla Çempionlar Liqasının liqa mərhələsinə (!) “Qarabağ”a isə tərif də yetməz…

Qürur duyduq!

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri