Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
Icma.az bildirir, Qol.az portalına istinadən.
Azərbaycan millli komandasının hücumçusu Musa Qurbanlı “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalislərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəsini təqdim edirik:
- Nəhayət ki, 20 aydan sonra milli komandamız qələbə qazandı. Böyük hesablı qələbəni necə şərh edərdiniz?
- Çox istəyirdik ki, bu matçda qələbə qazanaq. Çünki uzun müddət idi qalib gələ bilmirdik. Sevincliyik. Milli komanda üçün hər qələbə vacibdir. Rəqibin kimliyindən, hansı turnirdə çıxış etməyimizdən asılı olmayaraq.
Maraqlı oyun oldu. Azarkeşlər də matçdan zövq aldılar. Bu qələbə rəsmi oyunlar öncəsi bizim üçün vacibdir.
- Öz çıxışınızı necə dəyərləndirirsiniz?
- Həmişə daha yaxşı oynamaq olar. 1 qol vurdum, daha çox fərqlənə bilərdim. Əsas odur ki, komandama fayda verim.
- Növbəti matçda – Syerra Leonə ilə görüşdə qələbənin ardını gətirmək mümkün olacaq?
- Həmin görüşə də qələbə üçün çıxacağıq. Bu matçlar Millətlər Liqası öncəsi bizim üçün vacibdir. Öz hazırlığımıza baxmalıyıq ki, həmin matçlarda da qələbə qazanaq.
- Sent Lüsiya üzərində qələbə yığmamıza növbəti matçlar üçün motivasiya olacaq?
- Ən azından növbəti matçlara da qələbə üçün çalışacağıq. Nə qədər çox qol vura bilsək, o qədər xeyrimizədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















