Icma.az
close
up
RU
Musa Qurbanlı: “Dərhal qrupdan çıxacağımızı demək doğru deyil”

Musa Qurbanlı: “Dərhal qrupdan çıxacağımızı demək doğru deyil”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Düşünürəm, yaxşı oyun keçdi. Rəqib çox yaxşı mübarizə apardı. Biz də istədiyimiz kimi oynaya bilmədik. Çempionlar Liqası, ardından Premyer Liqa oyunu olanda yorğunluq hiss olunur”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.

23 yaşlı hücumçu “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib: “Gərgin mübarizə şəraitində keçən oyunun şahidi oldunuz. Amma komandamızda yetərincə futbolçu var, yəni hər iki cəbhədə mübarizə apara bilərik. Əlimizdən gələni edirik ki, daha yaxşı nəticələr qazanaq. 3 xal əldə etdiyimiz üçün sevincliyik”.

Qurbanlı Çempionlar Liqasında 2 oyuna 6 xal toplayan komandasının “24-lüy”ə düşməməsi ehtimalından da söz açıb: “Bu barədə düşünmək düzgün olmaz. Mərhələyə başlayarkən belə bir fikir yox idi, amma qələbə qazandıq. İndi növbəti oyuna köklənməliyik. Əgər orada da 3 xal qazana bilsək, bu, bizim üçün böyük uğur olar. Yoxsa, iki qələbə qazanmışıq deyə, dərhal qrupdan çıxmağı gözləmək doğru deyil. Məsələyə real yanaşmalıyıq. Öz gücümüzün fərqindəyik, özümüzə güvənirik və növbəti mərhələyə köklənəcəyik ki, qarşıdakı oyunda da xallar uğrunda mübarizə apara bilək”.

Musa Çempionlar Liqasının III turunda üz-üzə gələcəkləri “Atletik” barədə də fikirlərini bölüşüb: “Onlar da çox güclü komandadır. Çempionlar Liqası elə bir turnirdir ki, burada hər rəqib səviyyəlidir və heç kim əvvəlcədən proqnoz verə bilməz. Ümumiyyətlə, çalışırıq ki, heç bir oyuna əvvəlcədən proqnoz verməyək. Belə rəqiblərə qarşı nəsə demək çətindir. Özümüzə güvənirik, bilirik ki, maksimum gücümüzü ortaya qoyacağıq. Əvvəlki oyunlarda qazandığımız qələbələr bizə motivasiya verir, amma eyni zamanda eyforiyaya qapılmamalıyıq. Meydana çıxıb xal və xallar üçün mübarizə aparacağıq”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri