Musa Qurbanlı: Nyukasl çox artırıb, amma şansımız var
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ”ın hücumçusu Musa Qurbanlının QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?
- Çox gərgin oyun keçdi. “Turan Tovuz” çətin, narahat rəqibdir. Çünki özünəməxsus futbol oynayırlar. Fiziki cəhətdən güclüdürlər. Hündürboy futbolçuları çoxdur. Uzun toplara, standart vəziyyətlərə üstünlük verirlər və çox yaxşı, kompakt şəkildə müdafiə olunurlar. Bütün bunları nəzərə alaraq bizim üçün matçın çətin olacağını bilirdik. Elə də oldu. Buna baxmayaraq, qalib gəldik. Çox şükür ki, vacib 3 xal qazandıq.
- “Liverpul” səfərindən sonrakı həm mənəvi, həm də fiziki yorğunluq bu matça nə dərədəcə təsir göstərdi?
- Əlbəttə, təsiri oldu. Hamısı üst-üstə yığışır. Yol uzun idi. Futbolçular oyunda çox əziyyət çəkmişdilər. Xüsusən də əsas heyətdə yer alanlar. 90 dəqiqə oynayıb, uzun yol qət edib, sonra yenidən bu cür gərgin matça çıxmaq asan deyildi. Xoşdur ki, bunun öhdəsindən gəldik.
- Bəs, "Turan Tovuz"la matçadək “Sabah”ın xal fərqini 7-ə çatdırması komandanızın üzərində təzyiq yaratmamışdı?
- Təzyiq deməzdim. Bu məqam da göstərir ki, çempionat necə gərgin, çətin keçir. Artıq asan oyun olmayacaq. Bundan sonra iki qat, üç qat daha ciddi olmalıyıq. Bəli, əziyyət çəkməli olacağıq, lakin marağı da elə bundadır.
- Qarşıda “Şamaxı” ilə ardıcıl iki oyun gəlir, həm kubok, həm də çempionat matçı...
- Hər ikisi vacib oyunlardır. Artıq mövsümün sonuna 3-4 ay qalıb. Bundan sonra elə-belə oyun olmayacaq. Artıq hər matç 6 xala bərabərdir. Bütün görüşlər gərgin keçəcək. Biz də istəyirik ki, hər 3 cəbhədə maksimum nəticə göstərək. Çətin olacaq, amma öhdəsindən gəlməyə çalışacağıq.
- Çempionlar Liqasının pley-offunda “Nyukasl”la qarşılaşacaqsınız. Razısınız ki, rəqib hər nə qədər güclü olsa da, mərhələ adlamaq şansınız var?
- Əlbəttə, şans həmişə var, futboldur. Rəqib çox ağırdır. “Nyukasl” Premyer Liqanın öndə gedən komandalarındandır. Son illər çox artırıblar. Sürətli futbolçuları var. Ən azından cəhd edəcəyik. Şans varsa, çalışacağıq, ondan istifadə edək.
- Son zamanlar əksər matçlarda sonradan meydana daxil olursunuz. Öz idman formanızdan nə dərəcədə razısınız?
- Əlbəttə, çalışıram ki, 90 dəqiqə oynamağa hazır olum. Bəzən az oynasam da, məşqlərdə daha çox çalışıram ki, bunu kompensasiya edim. Nə zaman şans verilsə, hazır olum, komandaya kömək edim. Lakin futbolçu nə qədər oynasa, bir o qədər forma yığır. Məşqlə oyun bir deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 03 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















