Musa Süleymanovla dövlət qurumu arasındakı “icarə qalmaqalı”
Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tovuz” Xeyriyyə Cəmiyyətinin sədri, “Turan” futbol klubunun keçmiş prezidenti, tanınmış iş adamı Musa Süleymanovla Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo-nun məlumatına görə, iş hazırda Ali Məhkəmədədir.
Kassasiya şikayətini dövlət qurumunun verdiyi bildirilir. Məhkəmə çəkişməsi icarə müqaviləsinə dair mübahisələrlə bağlıdır.
Musa Süleymanov 90-cı illərdən biznes fəaliyyətinə başlayıb. 1991-ci ildə “Simurg-M” Firmasını təsis edib. 1998-ci ilə qədər firmanın rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildə isə “Simurg-M” Tele-Radio Kompaniyasını təsis edib.
Hazırda “ADO-G İnşaat, Təchizat və Quraşdırma” MMC-nin prezidentidir.
Musa Süleymanov 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2017-ci ildə isə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















