Icma.az
close
up
RU
Musabəyov parkına Nuru Paşanın adı verilsin! Deputatdan TƏKLİF

Musabəyov parkına Nuru Paşanın adı verilsin! Deputatdan TƏKLİF

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir müddət əvvəl bir qrup şəxs Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərib. Onlar məhz Qəzənfər Musabəyov parkında toplaşıb və foto çəkdiriblər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Xalq Cümhuriyyətinə xəyanət etmiş, SSRİ-yə canfəşanlıqla xidmət etmiş Qəzənfər Musabəyovun adına park və küçənin olması ictimaiyyət arasında ciddi müzakirə və narazılıqlara səbəb olur.

Hələ də bu parkın və küçənin adının dəyişməsinə nə mane olur?

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, məsələ düşündürücüdür: “Bakını işğaldan azad edən Nuru Paşanın, yaxud Bakının general-qubernatoru olmuş, Azərbaycan davası uğruna canından keçmiş Murad Gəray Telexasın adına Bakıda hər hansı xatırladıcı küçə və ya park yoxdur. Amma Qəzənfər Musabəyov və Ayna Sultanova adına olan park və küçələr durur. Bu o deməkdir ki, məsələyə sistemli yanaşma yoxdur”.

Komitə sədri vurğulayıb ki, əslində müstəqillik savaşının qəhrəmanlarına daha çox dəyər verilməlidir: “Bəzən SSRİ bayrağı qaldıranlara qarşı göstərilən sərt münasibət yerində addımdır. Amma SSRİ bayrağı qaldırmaqla yanaşı, SSRİ-nin atributlarını yaşatmış insanların müəyyən dərəcədə xatirəsinin əziz tutulması reallığını unutmamalıyıq. Ona görə də bu adların müəyyən dərəcədə nəzərə alınması vacibdir. Bu, tarixi keçmişimiz üçün də çox önəmli davranış olardı. Məsələn, Qəzənfər Musabəyov küçəsinə və parkına Nuru Paşanın adı verilə bilər, mən bu yöndə qərar verilməsini istərdim”.

Qeyd edək ki, Qəzənfər Musabəyov Bakı Kommunasının sədri olub. Daşnak Stepan Şaumyan 1918-ci ildə onu Bakıya komissar təyin edib. Təkcə Bakının yox, Dağıstanın da ərzaq komissarı olub. Q.Musabəyov bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş olsa da məhz həmin rejim tərəfindən də məhv edildi, 1938-ci ildə güllələndi.

Xatırladaq ki, Qəzənfər Musabəyov Fazil Mustafanın deputat həmkarı Rasim Musabəyovun doğma babasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri