Icma.az
close
up
RU
Müsahibə ilə işə qəbul olan həkimlərin sayı AÇIQLANDI RƏSMİ

Müsahibə ilə işə qəbul olan həkimlərin sayı AÇIQLANDI RƏSMİ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il iyulun 18-də Nazirlər Kabineti Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təklifləri əsasında tibb işçilərinin işə qəbulu qaydası təsdiq edilib.
Qaydada tibb müəssisələrinə işə qəbul olunmaq istəyənlərin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasını müəyyən etmək üçün onlardan imtahan götürüləcəyi qeyd edilmişdi.
Maraqlıdır, bəs il başlayandan neçə həkim işə qəbul üçün müraciət edib? Onlardan neçəsinin nəticələri müsbət qiymətləndirirlib və işə qəbul edilib?
Mövzu ilə bağlı sualları Səhiyyə Nazirliyinə ünvanladıq.
Nazirrlikdən Bizim.Media-ya bildirildi ki, “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 344 nömrəli Qərarı ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası təsdiq edilib və 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minib.
Bu Qaydaya əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında (//kabinet.e-health.gov.az/modul/miq/vacancies), o cümlədən tibb müəssisəsinin tabe olduğu, yaxud strukturuna daxil olduğu digər dövlət orqanının (qurumunun) rəsmi internet saytında yerləşdirilən vakant vəzifə barədə elan və müsahibə proqramı əsasında tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir tibb işçisinin (namizədin) bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə vakant vəzifənin aid olduğu tibb müəssisəsində yaradılan tibb işçilərinin işə qəbulu üzrə komissiya  tərəfindən şəffaflıq şəraitində müsahibə keçirilir:
“Komissiya ən azı 3 (üç) üzvdən ibarət olmalıdır. Komissiyanın tərkibi tibb müəssisəsinin rəhbəri və ya müalicə işləri üzrə müavini (baş həkim), insan resursları şöbəsinin (bölməsinin) müdiri və ya mütəxəssisi, vakant vəzifənin aid olduğu şöbənin (bölmənin) müdirindən və digər şəxslərdən ibarət olmaqla formalaşdırılır. Tibb müəssisəsi Komissiyaya müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssislər cəlb edə bilər, lakin həmin şəxslər namizədin meyarlar üzrə qiymətləndirilməsində iştirak etmirlər. Namizədin biliklərinin, bacarıqlarının və fərdi keyfiyyətlərinin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsi əvvəlcədən tibb müəssisəsinin tabe olduğu, yaxud strukturuna daxil olduğu orqan (qurum) tərəfindən təsdiq edilən müsahibə proqramı əsasında həyata keçirilir. Namizəd vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində Vahid Səhiyyə İnformasiya Sisteminin (VSİS) müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, uyğun vakansiyaları seçərək öz ərizəsini təsdiq edir. Qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 30 (otuz) gündən gec olmayaraq müsahibənin keçirilmə tarixi, vaxtı və yeri vakansiya olan tibb müəssisəsi tərəfindən müəyyən edilərək VSİS-nin müvafiq altsisteminə daxil edilir”.

Elan edilən vakansiyalara və işə qəbul edilənlərin sayına gəlincə, nazirlikdən işə qəbulla bağlı 1884 nəfərin müraciət etdiyi bildirildi:
“Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzindən verilən məlumata görə, Vahid Səhiyyə İnformasiya Sisteminin müvafiq altsistemində bugünə qədər 692 vakansiya elan edilib. Vakansiyalara uyğun 1884 nəfər müraciət edib. Onlardan 325 nəfərin sənədləri tam olmadığı və yenidən toplanaraq yüklənməsi üçün geri qaytarılıb. 121 nəfər müsahibəyə dəvət edilib. Onlardan 5 nəfər müsahibədə iştirak etməyib. Hazırda 33 nəfər müsahibə mərhələsindədir və onlardan 6 nəfər artıq işə qəbul olub”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Mart 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri