Icma.az
close
up
RU
Müşahidəçi, yoxsa kəşfiyyat qrupu? Avropalılar yenidən SƏRHƏDİMİZDƏ

Müşahidəçi, yoxsa kəşfiyyat qrupu? Avropalılar yenidən SƏRHƏDİMİZDƏ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyun 13-də  Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist "sərhəd missiyası"nın bir qrup üzvü yenidən Azərbaycanla sərhədə gəlib. Onlar bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb.

Avropalılar binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan tərəfi təxribatçı "müşahidə missiyası"nın fəaliyyətini diqqətlə izləyir.

"Azərbaycanın Aİ-nin Ermənistanla sərhəddə yerləşən “mülki missiya” ilə bağlı mövqeyi aydındır".

Modern.az-a açıqlamasında bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib. 

O qeyd edib ki, sərhədə “mülki missiya” adı altında yerləşən Aİ-nin kəşfiyyat qrupu regionda yalnız gərginliyi artırmaq, Ermənistan üzərindən təxribatlar reallaşdırmaqla məşğuldur və onların mövcudluğu regional sabitlik üçün riskdir:

"Təsadüfi deyil ki, Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyekt tikib. Bu, “sülh” adı altında regionda destruktiv fəaliyyətdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu missiya rəsmi Bakı ilə Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir – “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Halbuki buna ehtiyac yox idi. Rəsmi Bakı birmənalı şəkildə missiyanın fəaliyyətini də,  “binokl diplomatiyası”nı da rədd edir. 

Azərbaycanın sülhlə bağlı rəsmi şərtləri aydındır – Ermənistanın Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Mülki missiyanın fəaliyyətinin dayandırılmasının şərt kimi irəli sürülməsinə gəlincə, sərhəddə üçüncü qüvvələrin olmamasına dair məsələ sülh sazişinin layihəsində əks olunub. Ermənistan da bu şərti qəbul edib, sadəcə, bütün şərtlərin yerinə yetirilməsi vacibdir".

Parlamentari vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi yekun sülh müqaviləsini imzalamaq üçün özündə siyasi iradə tapsa, regionda 3-cü qüvvələrin mövcudluğuna ehtiyac qalmayacaq:

"Bu mənada hesab edirəm ki, rəsmi Bakı missiyanın bölgədən çıxarılması ilə bağlı bütün lazımi addımları atmaqdadır. Normallaşma prosesi baş tutsa, missiyanın fəaliyyətinə xitam verilməsi qaçılmaz olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri