Musayevin bıçaqlanması: federasiya prezidenti təcridxanadan buraxıldı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.
Bu mövzuda digər xəbərlər:Musayevin bıçaqlanması: Federasiya rəsmiləri azadlığa çıxdı
03 Mart 2026 10:10
Araz Musayevin bıçaqlanması işi üzrə yeni təfərrüatlar
06 Fevral 2026 16:47
Araz Musayevin bıçaqlanması ilə bağlı məhkəmə başladı
03 Fevral 2026 22:01
Araz Musayevin bıçaqlanması ilə bağlı həbs edilən federasiya rəsmisi: Haqq öz yerini tapacaq
04 Mart 2026 17:18
Nazirlik rəsmisindən Araz Musayevin bıçaqlanması ilə bağlı AÇIQLAMA
29 May 2025 14:16
Baxış sayı:181
Bu xəbər 19 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















