Icma.az
close
up
RU
“Müsbətə doğru dəyişə biləcəyimiz şeylər var” (MÜSAHİBƏ)

“Müsbətə doğru dəyişə biləcəyimiz şeylər var” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar. Onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.

Milli komandanın baş məşqçisi Riçard Trautman “Futbolpress.az“a açıqlamasında milli üzvlərinin turnirdəki çıxışını dəyərləndirdi:

“Gözləntilərimizi tam qarşılaya bilmədik. Qızıl medalımız olmadı. Bəziləri nəticə verə bilmədi. Səbəbi onda görürəm ki, idmançılar uzun səfərdən sonra adaptasiya problemi yaşadı. Eyni zamanda yanaşma məsələsi də var idi. Yəni, idmançılarımız düşünürdü ki, asan olacaq, amma elə deyildi. Real baxsaq, bu yarışlardan daha güclü turnirlər var. Bakıdakı dünya çempionatı qabağı hazırlığın artması önəmli idi”.

Mütəxəssis Olimpiya Oyunlarında medal qazanan Hidayət Heydərovun daha sonra bəzi turnirlərdə uğursuz çıxışı fonunda tənqid olunmasına toxundu:

“Hidayət və Zelimin dünya çempionluğundan sonra vəziyyət asan deyildi. Heç bir idmançı bir il ərzində həm dünya, həm Olimpiya çempionu olmamışdı. Bu nailiyyətlər onların həyatını dəyişdi, çoxlu təkliflər, yeni, “saxta” dostlar yarandı. Gündəlik məşqlərdən əlavə sponsorlarla da görüşürdü. Bir idmançı böyük uğur qazanırsa, ondan sonra davam etmək çətin olur. Həm Zelim, həm Hidayət bunu yaşadı. Limadakı ağır məğlubiyyətdən sonra vəziyyəti dəyişə bildilər. Onları superulduz kimi qəbul edənlər məğlubiyyətlər olanda tənqid etməyə, rəylər yazmağa başladılar. Amma real olmaq lazımdır. Sosial şəbəkələr insanların xarakterinin güzgüsüdür. Düzdür, Hidayət səhvlər etdi, amma tatamida daha sonra cavabı verə bildi”.

2022-ci ildən millidə baş məşqçi olan Trautman təyinatından sonra yığmadakı dəyişiklərdən söz açdı. O, Azərbaycan cüdosunun inkişafda olduğunu qeyd etdi və bəzi çatışmazlıqlarını bildirdi:

“Düşünürəm ki, insanlar nələrin daha əvvəl yaxşı olmadığını və indi dəyişdiyini görməlidir. Hələ düşündüyüm, layiq olduğumuz yerdə deyilik. Düzgün yoldayıq. Müsbətə doğru dəyişə biləcəyimiz şeylər var. Bunu qəbul etməliyik.

Yüksək səviyyəli məşqçilərimiz oldu. Mən gələndə kişilər komandasında yüksək inkişaf gedib. Hazırda komikata tərəfdən dünyada ən güclü ölkələrdənik. Yaponiya, Koreya kimi ölkələrlə müqayisədə inkişaf etməli olduğumuz şeylər var. Komandada idmançılarımız arasında döyüş bacarıqlarını artırdıq. Onlara görüşün taleyini dəyişməyin vacibliyini öyrətmişik, müəyyən bacarıqlara yiyələniblər. Təbii ki, idmançılarımız da öz rəqiblərini, görüşlərini təhlil edirlər. Nevaza, yəni parterdə inkişaf edirik. Daha çox görüşü nevazada udmağa başlamışıq. Ən çox inkişaf burdadır. Azərbaycanlı idmançılar və məşqçilər nevazanı çox sevmirlər. Belə məşqləri qəbul etdirməkdə çətinlik olur. Amma Nevaza cüdonun vacib hissələrindəndir. Federasiya əllərindən gələni edir ki, uşaqlar nevazaya təhdid kimi yox, qələbə yolu kimi baxsınlar. Kişilər komandasında zədələrin sayında azalmalar var. Fransadan mükəmməl fizioterapevt gətirmişik. İndi bizim idmançıların qayğısına qalır. İdmançı sağlamlığı önəmlidir. Bəzən zədələrə görə böyük idmançıları itirə bilirsən.

İdmançılar və məşqçilər zədədən əvvəl və sonrakı durumları tam dərk etməlidirlər. İdmançının bir bədəni var, məhv olduqdan sonra karyera bitir. Aşağı yaşlarda məşqçilərin səhv yanaşmaları olur. Sonra yetkin yaşa çatanda axsamalar başlayır. Uşaqlıqda çoxlu medallarla yanaşı, xroniki zədələr də qazanırlar.

Bir çox çəkidə iki, hətta üç idmançımız dünya reytinqində irəlidədir. Bura gələndə ilk ilimdə 24, 2023-də 29, 2024-də 30 medal olub. Bu il də hələ davam edir. Bunlar göstərir ki, artıq medal qazana biləcək idmançılarımızın sayının artmasıdır. Ən vacib məqam dünya və Olimpiya medallarıdır. Los Anceles Olimpiyadasına ən yaxşı heyəti çıxarmalıyıq”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri