Müsəlman kapitan cinsi azlıqlara dəstək olmadı: Klubun münasibəti belədir
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İpsviç" klubunun yarımmüdafiəçisi Sem Morsi diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, göy qurşağı sarğısını taxmaqdan imtina edən yeganə Premyer Liqa kapitanı olub. Keçən həftə sonu LGBT-yə dəstək və hər cür ayrı-seçkiliyə qarşı "Göy qurşağı bağları" kampaniyası ilə yadda qalıb.
"The Athletic"-in məlumatına görə, İngiltərə yüksək divizionunda 20 komandanın kapitanları arasında yalnız 33 yaşlı müsəlman Morsi gey və lezbiyanlara açıq dəstək verməkdən imtina edib.
Misir millisinin üzvü bunu dini səbəblərə görə etdiyini bildirib. Klubu "İpsviç" də qərara hörmətlə yanaşıb.
Əlavə edək ki, Premyer Liqa "Göy qurşağı bağları" kampaniyasını birgə keçirdiyi "Stonewall" xeyriyyə təşkilatına ayırdığı maliyyəni iki dəfədən çox azaldıb. "Adidas" da eyni addımı atıb.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















