Icma.az
close
up
RU
Müşfiqlə Dilbərin evlilik kağızı üzə çıxdı FOTO (VİDEO)

Müşfiqlə Dilbərin evlilik kağızı üzə çıxdı FOTO (VİDEO)

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün repressiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin anım günüdür. 

"Unikal" xatırladır ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin amansızcasına güllələnməsindən 88 il ötür.

Mikayıl 5 iyun 1908-ci ildə doğulub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub.

Uşaq olan zaman ata-anasını itirən Müşfiq, Xızıdakı qohumu Səfiyyə xanımın himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

1933-cü ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 

Mikayıl Müşfiq və Dilbər Axundzadənin evlilik haqqında şəhadətnaməsi. 20.06.1933.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olub.

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı - "Küləklər" 1930-cu ildə nəşr olunub.

Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb.

Şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib.

Şair 1938-ci il 5 yanvarda məhkəmə qarşısına çıxarılıb. Onun "məhkəmə"si cəmi 20 dəqiqə davam edib.

Müşfiq qərardan bir gün sonra, 6 yanvarda 29 yaşında güllələnib.

Şairin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri