Icma.az
close
up
RU
MÜSİAD Azərbaycan müstəqil iş adamlarını yenidən bir araya gətirdi

MÜSİAD Azərbaycan müstəqil iş adamlarını yenidən bir araya gətirdi

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MÜSİAD Azərbaycan İctimai Birliyinin İstehsalat və Ticarət Komissiyasının təşkilatçılığı ilə “6-cı Müstəqil İş Adamları Görüşü” keçirildi.

Bizimyol.info xəbər verir ki, tədbirə MÜSİAD Azərbaycan üzvləri də daxil olmaqla, 250-yə yaxın sahibkar qatılmışdı: “İş dünyasının fərqli sahələrini təmsil edən sahibkarlar bir araya gələrək yeni tərəfdaşlıqlar qurmaq, birgə layihə imkanlarını araşdırmaq və ölkə ilə dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər”.

Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli, Trabzon Ticaret ve Sanayi Odası İdarə Heyətinin sədri Erkut Çelebi, İqtisadiyyat Nazirliyi, eləcə də Təhsilin İnkişafı Fondu, digər dövlət qurumları və Türkiyə səfirliyinin müşavirləri iştirak edirdilər.

Tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan ilə Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Rəşad Cabirli: Son üç il ərzində MÜSİAD Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 75 milyon manat dəyərində investisiya yatırılıb

Sonra söz MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirliyə verilib. Rəşad Cabirli çıxışında Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinə diqqət çəkib: “O, dövlət başçıları cənab İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən müəyyən edilmiş illik 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə töhfə vermək üçün MÜSİAD Azərbaycan olaraq fəal şəkildə çalışdıqlarını qeyd edib”.

“Bu səylərin nəticəsi olaraq son üç il ərzində MÜSİAD Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 75 milyon manat dəyərində investisiya yatırılıb. 2025-ci il ərzində bu rəqəmin 100 milyon manata çatacağı proqnozlaşdırılır” deyə sədr qeyd edib.

R.Cabirli eyni zamada “Tədbirin təşkilində göstərdikləri dəstəyə görə sponsorlara – Bahçeşehir Universiteti (BAU), Uyumsoft Bilgi Sistemleri ve Teknolojileri Ticaret A.Ş., Dəyər Media Group (DMG), Xəzri TN MMC (Nömrə 1 ÇörəkZavodu), Logix Solutions, ATS FOOD MMC (Çörəkçi), ATA Pack MMC, İdeart MMC, SCZ Metal, İCTBulut Bilişim, Bakı NitqMərkəzi, Turkesh Dekor MMC”-yə təşəkkürümüzü bildiririk” deyə qeyd edib.

Prof. Dr. Birol Akgün: İki qardaş ölkə arasında iqtisadi əlaqələr daha da dərinləşdirilməldir

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün öncə Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrdən ətraflı bəhs etdi. Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir, türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini bildirdi.

Prof. Dr. Birol Akgün, həmçinin “Siyasi baxımdan Cümhurbaşqanımız Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyur. Bu, xüsusilə müharibə və zəlzələ zamanı Azərbaycan xalqının türk xalqına dəstəyində özünü büruzə verirdi. Həmin günlərdə ən çox narahat olan və ən çox yardım göndərən ölkə Azərbaycan idi. Bizim ölkələrimiz arasında istər xalqın gözündə, istərsə də liderlər səviyyəsində əla münasibətlərimiz var” dedi.

Səfir, iki qardaş ölkə arasında iqtisadi və mədəni əlaqələrin dərinləşdirməsinin vacib olduğunu dedi: “Bizim ticarət dövriyyəmiz hazırda 6,5 milyard dollardır. Prezidentlərimizin bizə verdiyi hədəf 15 milyard dollardır. Ümid edirəm ki, bu, arzu deyil və yaxın 3-5 ildə haqqında danışdığımız inteqrasiya prosesləri sürətlənərsə, buna çox asanlıqla nail olmaq olar”.

Prof. Dr. Murat Çemberci: Abşeron Texnoparkında iş adamları üçün bütün imkanlar yaradılır

Tədbirin maraqlı məqamlarından biri də yaxın zamanda fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı elan olub: “Rəşad Cabirli çıxışında texnoparkın sahibkarlar üçün təqdim edəcəyi vergi güzəştləri, innovativ iş mühiti və digər üstünlüklər haqqında bəhs edərək sahibkarları Abşeron Texnoparkının rezidenti olmağa dəvət edib”.

Görüşdə həmçinin Türkiyənin Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının baş direktoru Prof. Dr. Murat Çemberci tərəfindən yaxında fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı geniş təqdimat keçirilib. O, qeyd edib ki, Abşeron Texnoparkında iş adamları üçün bütün imkanlar yaradılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri