Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Musiqi arxivlərinin əmanətləri

Musiqi arxivlərinin əmanətləri

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Unudulmuş mahnılar yeni həyat qazanır

Bəzən bir misra kifayət edir ki, insanın yaddaşında iz qoysun. Sözləri tam xatırlanmayan, müəllifi və ifaçısı bilinməyən, amma melodiyası və ya bircə sətri illər sonra belə insanı keçmişə aparan mahnılar var. İllər əvvəl yaranmış bu mahnılar zaman keçdikcə, informasiya bolluğu, musiqi bazarının tələbləri və zövqlərin sürətlə dəyişməsi axarında kənarda qalıb. Müasir dinləyici üçün, sanki, yadlaşmış bu musiqilər işığa çıxarılmağa, yeni həyat qazanmağa möhtacdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasında əksini tapmış bu zərurət 2026–2030-cu illəri əhatə edən dövrdə qədim, klassik və müasir Azərbaycan musiqisinin, o cümlədən unudulmuş və ya heç vaxt ifa olunmamış əsərlərin sistemli şəkildə araşdırılmasını aktuallaşdıraraq gündəmə gətirib. Konsepsiya Azərbaycan mədəniyyətinin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirərək milli-mədəni irsin qorunmasını və müasir dövrün tələblərinə uyğun şəkildə təbliğini əsas hədəflərdən biri kimi irəli sürür. Bu yanaşma folklor nümunələrinin orijinal formada, yaxud müasir yanaşma ilə yenidən işlənərək audio və videoyazılar şəklində təqdim olunması, bu irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Sənəddə vurğulanır ki, folklor musiqisi yalnız keçmişin mirası deyil, həm də canlı mədəni prosesdir. Bu baxımdan, qədim musiqi nümunələrinin müasir texnologiyalar vasitəsilə yenidən təqdim edilməsi, beynəlxalq platformalarda tanıdılması və mədəni irsin tərkib hissəsi kimi cəmiyyətə inteqrasiyası vacibdir.

Eyni zamanda, gənc ifaçı və tədqiqatçıların bu sahəyə cəlb olunması da ön plana çəkilir. Unudulmuş və ya az tanınan əsərlərin yenidən səsləndirilməsi, onların tarixçəsinin araşdırılması və geniş ictimaiyyətə təqdim olunması musiqi yaddaşımızın boşluqlarını doldura bilər. Bu isə Azərbaycan musiqisinin yalnız qorunmasını deyil, həm də davamlı inkişafını təmin edən mühüm amildir.

Unudulmanın səbəblərindən biri isə müəllif və ifaçı haqqında məlumatların sistemli şəkildə qorunmamasıdır. Bir çox mahnılar arxivlərdə qalıb, radio lentlərində itib-batıb və ya yalnız yaşlı nəslin xatirələrində yaşayır. Gənc nəsil isə bu musiqilərlə təsadüfi şəkildə – bəzən sosial şəbəkədə bir videoda, bəzən də ailə məclisində eşidilən bir misra vasitəsilə tanış olur.

Digər tərəfdən, ifaçıların seçimində də texniki və estetik faktorlar rol oynayır. Çətin notlar, geniş nəfəs tələb edən uzun frazalar, emosional yükü ağır olan mətnlər mahnı seçimində mühüm əhəmiyyət daşıyır. Müasir musiqi sənayesində isə daha çox asan qavranılan, tez yayılan və kommersiya baxımından uğur gətirən mahnılara üstünlük verilir. Bu isə dərin məna daşıyan, lakin ifası çətin olan əsərlərin kənarda qalmasına səbəb olur. Halbuki bu mahnılar dövrün ruhunu, insanların hisslərini, sosial və mədəni düşüncə tərzini əks etdirən sənədlərdir. Onların yenidən üzə çıxarılması, arxivlərin araşdırılması, gənc ifaçılar tərəfindən yeni interpretasiyada təqdim olunması milli musiqi irsimizin davamlılığını təmin edə bilər.

Bu sırada ilk olaraq XVIII əsrdə yaranmış Dərbəndli Fətəli Xanın mahnısı xüsusi yer tutur. Bu əsər Azərbaycan xalq musiqiləri içində ən erkən, 1817-ci ildə nota alınmışdır. Günümüzdə bu musiqinin heç eşidilməməsi tarixi yaddaş baxımından ciddi itkidir. Xalq artisti Yalçın Rzazadənin repertuarında yer alan “Girdim yarın bağçasına” mahnısı bu gün nə radio və televiziyada, nə də konsert proqramlarında səslənir.

Azərbaycan musiqisində xüsusi mərhələ sayılan caz-muğam istiqamətində isə Vaqif Mustafazadənin fəaliyyəti mühüm yer tutur. O, 1971-ci ildə adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülən “Sevil qrupu”nu yaradıb. Bu kollektivin repertuarında yer alan və bu gün demək olar ki, səslənməyən “Qara qaşın vəsməsi” də unudulmuş nümunələr sırasındadır. Eyni taleyi Xalq artisti Elmira Rəhimovanın ifasında tanınmış “Sənsiz bu axşam” da yaşayır.

Folklor və aşıq sənəti sahəsində isə Aşıq Pənahın 1960-cı illərdə ifa etdiyi “Məndədir” xüsusi qeyd olunmalıdır. Mahnı həm söz, həm də melodik baxımdan klassik aşıq üslubunun parlaq nümunəsidir.

Azərbaycan SSR Xalq artisti Gülağa Məmmədovun repertuarındakı “Bizim Lənkəran” da regional musiqi ənənələrinin canlı nümunəsidir. 1960-cı illərdə ifa olunan mahnı həm yerli koloriti, həm də milli musiqi dilini əks etdirsə də, bu gün demək olar ki, unudulub. Eyni zamanda, “Yaylıq” kimi duet şəklində oxunan, məhəbbət mövzusuna həsr edilən Xalq mahnıları da yaddan çıxmaq üzrədir.

Sadalanan mahnıların demək olar ki, hər biri unudulmuş musiqi nümunələridir. Lakin bu, onların yenidən dirçəldilməsinin mümkünsüz olduğu anlamına gəlmir. Əksinə, sistemli şəkildə toplanması, arxiv materiallarının üzə çıxarılması, notlaşdırılması və yeni ifaçılar tərəfindən səsləndirilməsi Azərbaycan musiqi irsinə ikinci həyat verə bilər.

Mövzu ilə bağlı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva dedi:

– Mənə elə gəlir ki, “unudulmuş mahnı” anlayışı təkcə bir mahnının səslənməməsi deyil, onun ümumi kollektiv yaddaşdan silinməsi ilə bağlıdır. Təbii ki, bu xoşagəlinməyən mənfi haldır. Mahnı notda, arxivdə, hətta “YouTube” kanalında qala bilər, amma onu heç kim xatırlamır, oxumur, paylaşmırsa, artıq “unudulmuş”dur.

Musiqişünaslıq baxımından isə məsələ daha mürəkkəbdir və bu, artıq bir problemə çevrilir. Məsələn, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Radiosu arxivlərində yüzlərlə mahnı qorunur. Onlar mövcuddur, amma efirdə dövriyyədə deyillər. Deməli, “unudulmaq” bəzən fiziki yox, kommunikativ prosesdir – mahnı mədəni dövriyyədən çıxır.

Mən illər öncə Arif Məlikovun əsərlərindən ibarət disklər toplusuna giriş sözü yazırdım. Disklər arasında həm balet, həm simfonik, həm fortepiano və vokal əsərləri yer almışdı. Lakin topludakı mahnı janrına aid musiqi nümunələrindən ibarət bir disk mənim diqqətimi xüsusilə cəlb etdi. Etiraf edək ki, həmin mahnıların bir çoxunun mövcudluğundan o vaxta qədər xəbərim yox idi. Daha çox simfonist və balet musiqisi müəllifi kimi tanınan Arif Məlikovun Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Flora Kərimova, Nisə Qasımova, Akif İslamzadə, Rəşid Behbudov, Müslüm Maqomayevin ifalarında səslənən bir-birindən gözəl mahnıları var. Onların bir çoxu internetdə də yoxdur. Lakin düşünürəm, dövlət arxivində ola bilər. Sadəcə, bu kimi əsərlər üçün güclü təbliğ olmalıdır. Çünki bayağı musiqidənsə gənclər belə zəngin peşəkar əsərlər dinləməlidirlər ki, zövqləri düzgün istiqamətdə formalaşsın.

Hər dövrdə yüzlərlə, bəlkə də minlərlə mahnı yaranır və zaman özü təbii seçim edir. Güclü nümunələr qalır, zəiflər arxa plana keçir və yaddan çıxır. Bu, sənətin inkişaf mexanizmidir. Digər tərəfdən, arxiv siyasəti, repertuar planlaması və müəllif hüquqları sistemi zəifdirsə, çox təəssüf ki, dəyərli əsərlər də diqqətdən kənarda qala bilər. Bəzən keyfiyyətli mahnı sadəcə PR və media dəstəyi görmədiyi üçün də itib-batır.

Arxivdə qalan, amma efirə çıxarılmayan mahnıların dövriyyəyə buraxılmamasına gəldikdə, qeyd edə bilərəm ki, bunun bir neçə səbəb var: müəllif hüquqları və icazə məsələləri, keyfiyyətli rəqəmsallaşdırmanın olmaması, redaksiya siyasətinin kommersiya yönümlü olması; gənc auditoriyanın “reytinq” meyarı və s.

Təbii ki, əgər bayağı mahnıdırsa, oxunmasa yaxşıdır, lakin peşəkər əsərdirsə mədəniyyət üçün yaratdığı risklər mövcud ola bilər. Qeyd edim ki, bir vaxtlar Sara Qədimova, Rübabə Muradova, Rəşid Behbudov, Akif İslamzadə, Şövkət Ələkbərova və digər tanınmış müğənnilər tərəfindən ifa olunan mahnılar təkcə melodik nümunə deyil, həm də vokal və xanəndə məktəbi idi. Bu mahnılar qorunur, amma sistemli və tam rəqəmsallaşdırılmış şəkildə deyil. Müəyyən qurumlarda arxivlər mövcuddur, lakin açıq platforma, əlçatan kataloq və elmi təsnifat tam sistemləşməyib. Halbuki bu, milli musiqi təhlükəsizliyi məsələsidir. Rəqəmsallaşdırma təkcə faylların köçürülməsi deyil, müəlliflik, tarix, janr təsnifatı, ifaçı haqqında dəqiq məlumatların toplanması da vacibdir. Əks halda, arxiv yaransa da, işlək deyil.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri