Musiqi platformalarında Məclis fırtınası Video
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Aygün Kazımova yeni təqdim etdiyi “Məclis” mahnısı ilə rəqəmsal platformaları fəth edərək böyük uğura imza atıb.
Axşam.az xəbər verir ki, mahnı qısa müddətdə dinləyicilərin marağını qazanaraq trend olub və gündəmi zəbt edib. Belə ki, “Məclis” hazırda “YouTube” trend siyahısında ilk 3-lükdə qərarlaşıb. Mahnının rəsmi klipi isə bir neçə gün ərzində 766 mindən çox baxış toplayıb.
TikTok-da da mahnı böyük rezonans doğurub. İstifadəçilər “Məclis”in sədaları altında 15 mindən çox video paylaşaraq trendə çevrilməsinə səbəb olublar.
Bununla yanaşı, Pop kraliçanın mahnısı Türkiyədə də maraqla qarşılanıb. “Spotify”ın məşhur Türkiyə rap pleylistlərində yer alan “Məclis” müxtəlif musiqi auditoriyalarının diqqətini çəkməyi bacarıb. Eyni zamanda, “Apple Music” platformasında da ən çox dinlənilən mahnılar arasında ilk 5-liyə yüksələrək növbəti uğurunu əldə edib.
Qeyd edək ki, “Məclis” son günlər sosial şəbəkələrdə ən çox paylaşılan və müzakirə olunan yerli mahnılardan biri hesab olunur. Bəstənin söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 İyun 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















