Icma.az
close
up
RU
Musiqidə səsi yox, adı olan müğənnimiz Orxan Saffari yazır...

Musiqidə səsi yox, adı olan müğənnimiz Orxan Saffari yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Haqqında tez-tez düşündüyüm, ancaq niyə düşündüyümü bilmədiyim sənət adamları var.

Məsələn, Cavan Zeynallı kimi.

Uşaqlıqdan adını eşitsəm də, özünü orda-burda oxuyan görsəm də, heç vaxt nə oxuduğunu, ümumiyyətlə, niyə oxuduğunu başa düşmədim.

Yəqin ki, onun özünün də bu barədə yekdil bir fikri yoxdur.

Ümumiyyətlə, Cavan Zeynallı adı adam üçün heç nə ifadə eləmir.

Məncə, o, bu dünyada bir nəfərin belə sevimli müğənnisi deyil. Məsələn, kimsə bir axşam darıxanda, musiqi dinləmək istəyəndə açıb Cavan Zeynallıya qulaq asmır. Hətta Niyaməddin Musayevi belə dinləyənlər var bu dünyada, ancaq elə bilirəm, onu heç yoxdu.

Qəribədir, müğənni Cavan Zeynallı deyirsən, ancaq adamın ağlına bir musiqi gəlmir. Allahın bircə mahnısı ilə belə tutuzdurmayıb ki, and içəndə də rahat and içək. O de ha, Niyamədin Musayev “riuriuriru” eləyə-eləyə nələr etdi. İndi Cavan Zeynallı Niyaməddin Musayevcən olmadı?

Cavan Zeynallının bir yaxşı cəhəti odur ki, qalmaqallardan filan uzaq olub. Daha dəqiq, başa düşüb ki, qalmaqaldan sonra böyük sənət göstərmək lazımdır. Bəs Cavan Zeynallı nə göstərəcəkdi, Niyaməddin Musayevi?

Cavan Zeynallı elə bir adamdır ki, hamı onu tanıyır, amma həm də heç kim tanımır. Heç kimin onun haqqında sənət təsəvvürü yoxdur. Heç kim ondan sənət nüminəsi gözləmir, heç kim xüsusi olaraq onu dinləmir.

Belə demək olarsa, tamamilə təsadüfi adamdır.

Bəlkə də, Cavan Zeynallı elə bilib ki, Vaqif Mustafazadədən sonra olan caz boşluğunu o dolduracaq. Ancaq özü də həmin boşluğun içində qaldı.

Qəribədir, Cavan müəllim heç nəyə qarışmaya-qarışmaya, böyük sənət filan göstərməyə-göstərməyə başını aşağı salaraq bütün mükafatları da alıb.

Əməkdar artist olub, Xalq artisti adını alıb. Əgər xalqın bundan xəbəri varsa, mənə min nəhlət.

Özü də gah müğənnidir, gah cazmen, gah aktyor, gah da piaonuçu.

Görünür, Azərbaycan musiqisində Cavan Zeynallıya qətiyyən ehtiyac yoxdur.

Məsələn, qəfil kimlərəsə yaxınlaşıb tanıdığın müğənniləri say desən, sayacaqlar, ancaq Cavan müəllim yada düşməyəcək. Soruşan adam desə ki, bəs Cavan Zeynallı? Onda deyərlər, “a hə e, o da var idi axı”.

Bir sözlə, Cavan müəllim nə ictimai-siyasi həyatdadır, nə də səhnədə. Heç bir aktuallığı yoxdur.

Dolayısı ilə, Azərbaycan musiqisində Cavan Zeynallının səsi yox, adı var.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri