Musiqili Teatr Şəkidə beynəlxalq festivalda iştirak edəcək
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyi münasibətilə keçirilən IV Beynəlxalq Teatr Festivalında iştirak edəcək. SİA xəbər verir ki, səfərin Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil edilən qastrol səfərlərinin proqramına uyğun olaraq reallaşması nəzərdə tutulub.
Musiqili Teatr dekabrın 2-də İran, Özbəkistan, Qazaxıstan, eləcə də ölkəmizin bir sıra teatr kollektivlərinin yer aldığı beynəlxalq tədbirə özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası ilə qatılacaq.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayacaqlar.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 1-dən 5-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 30 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















