Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Zəfər salnaməmizə həsr olunan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisindən istifadə edilir.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artisti İranə Kərimova rol alacaq.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket .az” saytından əldə etmək mümkündür.
Baxış sayı:111
Bu xəbər 17 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















