Icma.az
close
up
RU
Musiqili Teatrda iki yeni tamaşanın premyerası olub AZƏRTAC

Musiqili Teatrda iki yeni tamaşanın premyerası olub AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki yeni səhnə əsərinin – "İnanıram" və “Əliqulu bu gün evlənir" tamaşalarının premyeraları olub.

AZƏRTAC xəbər verir ki, hər iki tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Şöhrət” ordenli, Xalq artisti Şüküfə Yusupovanın ifasında canlandırılan “İnanıram” monotamaşasının müəllifi gənc yazıçı-dramaturq Ülviyyə Heydərova, quruluşçu rejissoru Leonid Klets, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir. Psixoloji dram janrında qurulan tamaşa müharibədə oğlunu itirmiş ananın həyatından bəhs edir. Müəllif əsəri müharibədə övlad itirmiş analara ithaf edib.

"Əliqulu bu gün evlənir" komediyası isə yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanıb. Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında “kreslo xəstəliyi”nə düçar olan vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilir...

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Səhnə əsərində Xalq artisti İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə (Rövşən), İqrar Salamov (Səfər), Prezident mükafatçısı Səmədzadə Xasiyev (Kamal), aktyorlar Zemfira Əbdülsəmədova (Gövhər), Rəsmiyyə Nurməmmədova (Humay), Gülçöhrə Abdullayeva (Səadət), Əliməmməd Novruzov (Xəlil), Gülnarə Əzizova (Nazlı), Ruslan Mürsəlov (Azad), Böyükxanım Məmmədova (Heyvaxanım), Mehriban Rəcəbova (Lumuxanım), Əzizəxanım Kazımova (Qumral), həmçinin xor və balet artistləri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri