“Musiqimizdə yaranmış xaosun içərisində keyfiyyətli musiqilərlə fərqlənəcəyəm”
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“2026-cı ildən gözləntilərim, planlarım çoxdur. 2025-ci ili daha çox təhsilimi tamamlamağa həsr etmişdim. İndi isə artıq bütün fikrimi və enerjimi öz sənətimə vermişəm”.
Bu sözləri 525.az-a açıqlamasında gənc müğənni Mütəllim Mütəllimov deyib.
Yeni mahnılar yazdırdığını deyən müğənni, klip və duetlərlə də 2026-cı ilə öz adını yazdırmağa qərarlıdır.
“Əminliklə deyirəm ki, çox səviyyəli, keyfiyyətli işlərlə gəlirəm. Məni sevənləri sevindirəcəyəm. Ondan əlavə isə, publikamı daha da genişləndirəcəyimə, yeni qəlblərə yol tapacağıma inanıram.
Bu gün musiqimizdə, xüsusən, estrada sənətində xaos yaşandığının fərqindəyəm. Keyfiyyətli işlər çox azdır. Bu xaosun içərisində mən məhz keyfiyyətli, səviyyəli musiqilərlə fərqlənəcəyəm. Mən əsl bəstəkarlarla işləyirəm və işləyəcəyəm də. Eyni zamanda xalq mahnılarımızı da yeni tərzdə dinləyicilərimizə, zövqlü musiqi sevərlərə təqdim etmək fikrindəyəm. Mənim bütün fəaliyyətimdəki əsas məqsəd Azərbaycan milli musiqisini, mədəniyyətini daha gözəl tərzdə xalqımıza təqdim etməkdir”.
Məşhur xanəndə Mütəllim Mütəllimovun nəvəsi olan və adını daşıyan sənətçi onun kimi sənətkarların izi ilə getmək niyyətindədir:
“Mən ən çətin sənətlərdən birini icra etdiyimin fərqindəyəm. Amma çoxluğun istədiyini onlara verməkdənsə, xalqı öz ardımca aparmaq niyyətindəyəm. İnsanların istədiklərini onlara vermək çox asandır. Bunu edən yüzlərlə ifaçı var və onlar çox tez unudulub gedənlərdir. Lakin Şövkət Ələkbərova, Rəşid Behbudov, babam xanəndə Mütəllim Mütəllimov kimi sənətkarlar heç zaman unudulmayacaqlar. Çünki onlar mədəniyyətimizi, musiqimizi düzgün şəkildə təbliğ edənlərdir. Mən də çalışdığım qədər onların davamçısı olacağam”, - deyə M.Mütəllimov əlavə edib.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















