Icma.az
close
up
RU
Musiqini sevmək azdır, onun ən gözəl nümunələrini qoruyub saxlamaq lazımdır Pianoçu

Musiqini sevmək azdır, onun ən gözəl nümunələrini qoruyub saxlamaq lazımdır Pianoçu

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

Redaktor.az Müsiqi Günü ilə bağlı pianoçu Günel Kazımova ilə müsahibəni təqdim edir:

- Günel xanım, Musiqi Günü sizin üçün nə ifadə edir?

- Musiqi Günü mənim üçün yalnız bir qeyd günü deyil, həm də Azərbaycan musiqi mədəniyyətinin zənginliyini və dərin köklərini xatırladan bir gündür. Bu gün Üzeyir Hacıbəylinin xalq üçün qoyduğu böyük irsin əhəmiyyətini bir daha dərk etmək imkanı verir. Onun yaratdığı əsərlər və musiqi məktəbi Azərbaycan professional musiqisinin inkişafına güclü təkan verib və bu gün də ölkəmizin musiqi həyatında öz təsirini qoruyub saxlayır. Üzeyir Hacıbəylinin irsi həm klassik musiqi, həm də milli musiqi ənənələrinin birləşməsində özünü göstərir; o, xalqın musiqi duyumunu və sənətkarlıq qabiliyyətini gələcək nəsillərə ötürməklə Azərbaycan musiqisinin dünya miqyasında tanınmasına böyük töhfə vermişdir.

- Musiqiyə olan marağınız necə yarandı?

- Musiqiyə olan marağım uşaqlıqdan eşitdiyim Azərbaycan milli və klassik musiqisindən qaynaqlanır. Uşaqlıqda formalaşan bu maraq məni həm də professional səviyyədə musiqini anlamağa və qiymətləndirməyə həvəsləndirdi. Azərbaycan musiqisinin qədim və zəngin melodiyaları, klassik əsərlərin incə harmoniyası mənim musiqi dünyamın əsasını təşkil edir.

- Musiqinin insan həyatında və cəmiyyətin formalaşmasında rolunu necə qiymətləndirirsiniz?

- Musiqinin insan həyatında və cəmiyyətin formalaşmasında rolu olduqca böyükdür. Hər bir cəmiyyət öz mədəniyyəti ilə ölçülür və tanınır, bu baxımdan incəsənətin, xüsusən də musiqinin rolu xüsusilə əhəmiyyətlidir. Musiqi yalnız estetik zövq formalaşdırmır, həm də insanların duyğularına təsir edərək onların düşüncə və davranışlarını yönləndirir. O, milli kimliyin qorunmasında, ənənələrin gələcək nəsillərə ötürülməsində və cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında vacib vasitədir. Musiqinin təsir gücü çox güclüdür, çünki o, sözsüz şəkildə insanın ruhuna nüfuz edir, hissləri oyadır və insanların arasında empatiya və həmrəylik yaradır. 

- Azərbaycanda gənclərin musiqiyə marağını artırmaq üçün nələr edilməlidir?

- Azərbaycanda gənclərin musiqiyə marağını artırmaq üçün müxtəlif tədbirlər görülməlidir. İlk növbədə, açıq və qapılı konsertlərin təşkili böyük əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərə musiqini yaxından izləmək və hiss etmək imkanı yaradır, eyni zamanda onları milli və klassik musiqimizlə tanış edir. Bununla yanaşı, orta məktəb və ali təhsil müəssisələrində izahlı musiqili dinləmələr təşkil etmək də vacibdir. Bu cür dərslərdə və seminarlar zamanı gənclərə əsərlərin yaranma tarixi, musiqi janrları və ifaçılıq texnikaları haqqında məlumat verilməsi onların musiqi zövqünü və mədəni biliklərini artırır. Bundan başqa, gənclərin yaradıcılıq fəaliyyətinə dəstək vermək, musiqi studiyaları və klublar yaratmaq, həmçinin müxtəlif müsabiqələr və festivallar təşkil etmək onların marağını daha da gücləndirə bilər.

- Musiqi Günü münasibətilə musiqisevərlərə hansı mesajı vermək istərdiniz?

- Musiqini sevmək azdır, onun ən gözəl nümunələrini qoruyub saxlamaq və gələcək nəsillərə olduğu kimi yetirmək lazımdır.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri