Icma.az
close
up
RU
Muslera fitə basıldı və artıq bitdi dedi

Muslera fitə basıldı və artıq bitdi dedi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

''Qalatasaray''ın Avropa Liqasında Kiyev ''Dinamo''su ilə 3:3 bərabərə qaldığı qarşılaşmanın ardından ən çox müzakirə edilən futbolçulardan biri Fernando Muslera oldu.

''Football-plus.az'' xəbər verir ki, bəlkə də uzun illərdən sonra ilk dəfə ünlü qapıçı ''Qalatasaray'' fanatları tərəfindən fitə basıldı. Düzdü, onun buraxılan qollarda kobud səhvi olmadı. Amma ''Dinamo'' oyunboyu ''çərçivə''yə yalnız üç zərbə vurması və hər üç zərbənin də qolla nəticələnməsi diqqət çəkdi. 38 yaşlı qapıçı final fitinin ardından meydanı tərk edərkən əli ilə baş məşqçi Okan Buruka ''artıq bitdi'' mənasını verən işarə göstərdi və sürətlə paltardəyişmə otağına yollandı. Çox güman, Muslera bu hərəkətilə bir daha göstərdi ki, onun klubu tərk etmək qərarı qətidi.
''Qalatasaray''da 14-cü mövsümünü keçirən Musleranın müqavilə müddəti mövsümün sonunda başa çatacaq. O, iki dəfə rəhbərliyin yeni müqavilə ilə bağlı təklifini geri çevirib. Ünlü qapıçı artıq ailəsi ilə birlikdə vətəni Uruqvaya qayıtmaqda qərarlıdı. Matçın ardından Okan Buruk Musleranın fitə basılması barədə bunları dedi:

''Fernando duyğusal insandı. Bu camiəyə böyük xidmətləri olub. Saysız-hesabsız uğurlar qazanıb. Məğlubiyyətsiz seriyamız davam edirsə, bu, Musleranın sayəsindədi. Həm meydanda, həm də ondan kənarda komanda üçün önəmli isimdi. Hamımız onun arxasındayıq. Fanatlar oyundan sonra onu çağırıb dəstək olmağa çalışdılar. ''Qalatasaray'' üçün bu qədər dəyərli olan bir ismi xırda şeylərə görə belə duruma salmamalıyıq. Onunla davam edəcəyik''.


Əbdülkərim Bardakcı isə bunları dedi:

''Muslera bu klubun əfsanələrindən biridi. Fanatlar bəzən etiraz edə bilir. Onlar hər zaman haqlıdı. Biz əlimizdən gələni etməkdə davam edəcəyik. Muslera güclü xarakterə malikdi və bu kluba illərini verib. Əvvəlki kimi performansını davam etdirəcək. O, superliqanın ən yaxşı qapıçısıdı''.


Musleranın bu mövsüm 26 rəsmi oyunda forma geydiyini, bunlardan cəmi 4-də qapısını toxunulmaz saxladığını və 37 qol buraxdığını bildirək. Muslera hazırda Bülənt Korkmaz ilə birlikdə ''Qalatasaray'' tarixində Türkiyə çempionatında ən çox oyun keçirmiş iki futbolçudan biridi. Onların aktivində 428 oyun var. O, həftəsonu ''Konyaspor''la oyunda meydana çıxacağı təqdirdə bu rekordun təkbaşına sahibinə çevriləcək və növbəti dəfə adını klub tarixinə yazdıracaq.
ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri