Muslera komandasını finala çıxardı 3 penalti dəf etdi VİDEO
Icma.az, Apasport saytına istinadən bildirir.
Uruqvay millisinin qapıçısı Fernando Muslera Libertadores Kubokunun yarımfinalında möhtəşəm performansı ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper Argentina təmsilçisi “Estudiantes”in Braziliyanın “Flamenqo” klubuna qarşı səfər matçının qəhrəmanına çevrilib.
Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Argentinada baş tutan ilk görüş də qolsuz yekunlaşdığından finalçının adına penaltilər seriyasında aydınlıq gəlib.
Muslera penaltilər seriyasında rəqibin üç zərbəsini dəf edərək komandasına 3:2 hesablı qələbə qazandırıb. Uruqvaylı qapıçı Jorjinyo, Lukas Paketa və Bruno Enrikenin zərbələrini qaytarıb.
“Estudiantes” matçın 50-ci dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. Baltasar Rodriqes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, Argentina təmsilçisi noyabrın 28-də keçiriləcək finalda Braziliyanın “Palmeyras” klubu ilə qarşılaşacaq. Həlledici görüş Uruqvayın paytaxtı Montevideodakı “Sentenario” stadionunda baş tutacaq.
Xatırladaq ki, Muslera 2011–2025-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2025-ci ilin yayından “Estudiantes”də çıxış edir.
Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik” Mourinyo Çempionlar Liqasında tarixə düşdü Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!” TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
Baxış sayı:87
Bu xəbər 23 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















