Muslera Qalatasaray da Bülent Korkmazın rekordunu yenilədi
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Türkiyə "Qalatasaray"ının qapıçısı Fernando Muslera klub futbolu tarixində yeni rekorda imza atıb.
Teleqraf.com xəbər verir ki, uruqvaylı qolkiper "sarı-qırmızılar"ın heyətində Super Liqada ən çox matça çıxan oyunçu kimi mükafatlandırılıb.
XXI turda evdə "Konyaspor"a 1:0 hesabı ilə qalib gəldikləri görüş 39 yaşlı "əlcək sahibi" üçün Super Liqada 429-cu matç olub. Beləliklə, o, "Qalatasaray"ın əfsanəvi kapitanı Bülent Korkmazın rekordunu geridə qoyub.
O, Türkiyə çempionatında 2011/2012 mövsümündə "Başakşehir"ə qarşı debüt edib və indiyədək ümumilikdə 535 dəfə "sarı-qırmızı" forma geyinib. Bu müddətdə Muslera ümumilikdə 17 titul qazanıb. Bunlardan 7-si çempionluq, 6-sı Superkubok, 4-ü ölkə kuboku olub. O, həmçinin klubunun heyətində ən çox titul əldə edən əcnəbi oyunçudur.
Musleranın oynadığı müddətdə "Qalatasaray"a 5 klub prezidenti və 9 baş məşqçi gəlib.
Baxış sayı:82
Bu xəbər 26 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















