Muslera Qalatasarayın bu təklifinə bu dəfə nə cavab verdi?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
14 ildi, ''Qalatasaray''ın qapısını qoruyan, adını klub tarixinə yazdıraraq bir sıra rekordların müəllifi olan Fernando Musleranın mövsümün sonunda ayrılmaq istədiyi barədə xəbərlər çoxdan mövcuddu.
''Football-plus.az'' xəbər verir ki, rəhbərlik sona qədər də təcrübəli qapıçını fikrindən daşındırmağa çalışır. Amma hələ ki, Musleranı yola gətirmək mümkün olmayıb. Daha öncə ''Qalatasaray''ın bir təklifini geri çevirən 38 yaşlı əlcək sahibi bu günlərdə klubun daha bir təklifini rədd edib.
Yaşına baxmayaraq ''Qalatasaray'' ona indiki şərtlərlə, yəni illik 2,5 milyon avro maaş olmaqla birillik müqavilə təklif edib. Amma ''Fanatik'' nəşrinin xəbərinə görə uruqvaylı qapıçı artıq ailəsinin yanında yaşamaq istədiyi və övladlarının vətənində təhsil almasını istədiyi üçün qətiyyətli şəkildə Uruqvaya qayıtmağa qərar verib. Əsas sual onun karyerasını bitirəcəyi yoxsa, vətənində oynamaqda davam edəcəyi ilə bağlıdı. Uruqvayın nəhəng klublarından olan ''Montevideo'' çoxdan Musleraya maraq göstərir. Şayiələrə inansaq, Muslera bu klubda bir il oyandıqdan sonra karyerasını bitirəcək. Muslera indiyə qədər ''Qalatasaray''da 531 rəsmi oyuna çıxıb.
O, bu qarşılaşmaların 187-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 571 qol buraxıb. Musleranın 14 il ərzində 7 çempionluq qazandığını da bildirək.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















