Icma.az
close
up
RU
Musleranın penaltisinə etiraz edən Mourinyo özü də illər öncə eyni hərəkəti edibmiş!

Musleranın penaltisinə etiraz edən Mourinyo özü də illər öncə eyni hərəkəti edibmiş!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Qalatasaray''ın çempionluğu rəsmiləşdirdiyi və 3:0 qalib gəldiyi ''Kayserispor''la qarşılaşmada ən çox müzakirə olunan məqamlardan biri də Fernando Musleranın penaltidən qol vurması oldu.

"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray'' və Türkiyə futbolu tarixinə adını qızıl hərflərlə yazdırmış təcrübəli qapıçı hesab 2:0 olarkən qazanılan penalti zamanı topun başına keçdi və yekun nəticəni müəyyənləşdirdi. Futbol ictimaiyyətində Musleranı dəstəkləyənlər də oldu, bu hərəkəti rəqibə hörmətsizlik kimi qiymətləndirib qapıçını tənqid edənlər də oldu.
Elə ''Fənərbaxça''nın çalışdırıcısı Joze Mourinyo da bu hadisəyə biganə qalmadı. O, ''Eyüpspor''la matçın ardından keçirilən mətbuat konfransında ''Qalatasaray''ın hesab 2:0 olarkən penaltini qapıçıya verməsi onların insanı keyfiyyətlərini göstərir'' ifadəsini işlətdi. Ancaq görünür, Mourinyonun yaşa dolduqca yaddaşında problemlər yaranıb. Çünki o, vaxtilə özünün də bu cür hərəkətə yol verdiyini unudub!
Bu hadisə ünlü mütəxəssisin ''Portu''da işlədiyi dönəmdə baş verib. ''Portu'' Mourinyo ilə ümumilikdə 6 titul qazanıb. Bunlardan biri 2002/03-də ölkə kuboku tituludu. Həmin vaxt 1/4 finalda ''əjdahalar'' evdə ''Varzim''lə qarşılaşmış və 7:0 hesabı ilə üstün olmuşdular. 2003-cü ilin martın 8-də baş tutan həmin oyunda hesab 6:0 olarkən ''Portu'' penalti qazandı və... topun başına qapıçı keçdi! Hazırda premyer-liqa təmsilçisi ''Nottingem Forest''i uğurla çalışdıran Nuno Eşpirito Santo həmin vaxt ''Portu''nun qapısını qoruyurdu və o, Mourinyonun icazəsi ilə penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirmişdi.
Ona görə də Mourinyo başqalarının insani keyfiyyətində problem axtarmaqdansa, ''Fənərbaxça''nı çempion etməyin yollarını tapsın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri