Mustafa Kamal Atatürkün yeni videogörüntüləri ilk dəfə ictimaiyyətlə paylaşılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul, 30 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 30 Avqust-Zəfər Bayramı münasibəti ilə Qazi Mustafa Kamal Atatürkün yeni videogörüntülərini ilk dəfə ictimaiyyətlə paylaşıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “NSosial”da paylaşım edən nazir bildirib ki, Türkiyənin Kino Baş İdarəsinin arxivindən üzə çıxarılan və ilk dəfə yayımlanan videoda Qazi Mustafa Kamal Atatürkün Florya köşkündə qarşılanma görüntüsü yer alır.
Mesajında, istiqlal və gələcək mübarizəsinin Zəfərlə taclanmasının 103-cü ildönümünü sözlə ifadə olunmaz bir qürur və coşqu ilə qeyd etdiyini bildirən Ersoy, 1935 və ya 1936-cı ildə çəkildiyi düşünülən bu görüntüdə Atatürkün Florya Dəniz Köşkündə onu qarşılayan uşaqlarla əks olunduğunu qeyd edib.
Baxış sayı:31
Bu xəbər 30 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















