Icma.az
close
up
RU
Mustafayevin erməni qonşularından ilginc: Adını bu ağaca yazıb FOTO

Mustafayevin erməni qonşularından ilginc: Adını bu ağaca yazıb FOTO

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Hraparak”ın Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev barəsində yayımladığı məqalə erməni ictimaiyyətində maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, nəşr Mustafayevin Ermənistanın Noyemberyan icmasının Cucevan bölgəsində doğulub böyüdüyü mühitdən yazıb.

“Hraparak” Şahin Mustafayevin müəllimləri və tanıyanlarla əlaqə saxlayıb. Kənd sankinləri Mustafayevin Cucevanda yaşayan yeganə azərbaycanlı ailənin tək oğlu olduğunu bildiriblər.

Hazırda Cucevanda orta məktəb müəllimi işləyən Yegişe Petrosyan Mustafayevlə uşaqlığının bir keçdiyini deyib və bəzi xatirələrini bölüşüb:

“Biz onunla çox yaxşı dost idik, oyunlar oynayırdıq. Ona “Şahen” deyirdik. 1979-cu ildə, onun 14 yaşı olarkən Noyemberyandakı Karmirqyuğ dağında bir ağacın gövdəsinə əlinə balta alaraq erməni hərfləri ilə öz adını yazmışdı. Atası fermer idi, özü çox yaxşı oxuyurdu, qiymətləri əla idi”.

Cucevan məkəbində Erməni dili və ədəbiyyatı fənnini tədris edən Anuş Aleksanyan Mustafayevin müəllimi olduğunu söyləyib:

“Onu yaxşı xatırlayıram. Bir dəfə səhər gözləri qızarmış formada dərsə gəlmişdi. Ondan nə olduğunu soruşdum, mənə dedi ki, Stepan Zoryanın “Erməni qalası” əsərini oxuyub, çox təsirlənib və kövrəlib. Şahinin hər kəslə münasibəti yaxşı idi. Amma bacılarından birinin ermənilərə münasibəti başqa cür idi. Həmin qız hər zaman Ermənistanın adını qəsdən kiçik hərflə yazırdı, bizə yanaşması fərqli idi. Şahin Cucevanda 8 illik məktəbi əla qiymətlərlə bitirdi. Təhsilini Noyemberyanda 2 nömrəli məktəbdə davam etdirdi və oranı da fərqlənmə diplomu ilə başa vurdu. Onlar Qarabağ hadisələri başladıqdan sonra Azərbaycana köçdülər”.

Nəşr yazır ki, Noyemberyan icması Tavuş vilayətində yerləşir. Məhz Mustafayevin rəhbərliyi ilə Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin həyata keçirilməsi və Tavuşda bəzi yerlərin Azərbaycana təhvil verilməsi bu baxımdan diqqətçəkən nüansdır. Yəni bir azərbaycanlı Ermənistanda doğulub ermənilərlə böyüsə də, öz Vətəninə sadiq qalır.

Fotoda: “1979-cu ildə Şahin Mustafayevin erməni dilində adını həkk etdiyi ağac” – Erməni KİV


Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri