Icma.az
close
up
RU
Müstəqil Azərbaycan dövlətçiliyinin banisi: xilaskarlıq və quruculuq missiyası

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi: xilaskarlıq və quruculuq missiyası

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Müasir tarix bir çox hallarda lider fenomeninin cəmiyyətlərin taleyində həlledici rol oynadığını sübut etmişdir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyətlər dövlətçilik tarixində silinməz iz buraxırlar. Belə liderlər zamanın çağırışlarını dərindən dərk edir, xalqlarını mürəkkəb sınaqlardan uğurla çıxarır, sabitlik və inkişaf üçün etibarlı yol xəritəsi formalaşdırırlar. Azərbaycan tarixində bu fenomen şəxsiyyətin adı ümummilli lider Heydər Əliyevlə bağlıdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı, onun ideya əsaslarını və institusional təməlini yaradan, dövlətçiliyimizi zamanın çətin sınaqlarından çıxarıb gələcəyə daşıyan nadir tarixi şəxsiyyət kimi millət yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük siyasi lider, dünya miqyasında tanınan dövlət xadimi olan ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Müstəqillik dövrünün bütün mühüm mərhələləri məhz onun adı ilə bağlıdır. Onun rəhbərliyi ilə müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası ağır tarixi sınaqlardan keçmiş, lakin düzgün idarəçilik və strateji baxış nəticəsində sabitliyə, inkişaf və beynəlxalq nüfuza qovuşmuşdur.

Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik, davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.

Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-nin rəhbəri kimi fəaliyyət göstərdiyi illərdə respublikamızın hərtərəfli inkişafına xidmət edən genişmiqyaslı və uzaqgörən islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkənin sosial-iqtisadi potensialının artırılması, elmi-texniki irəliləyişin təşviq olunması və mədəni quruculuğun dərinləşdirilməsi sahəsində misilsiz işlər görülmüş, bu istiqamətlər üzrə keyfiyyətcə yeni mərhələyə keçid təmin edilmişdir. Həmin dövrdə Azərbaycan sənayeləşmə prosesinə fəal şəkildə qoşulmuş, ağır və yüngül sənaye sahələrində onlarca yeni müəssisə və zavod istifadəyə verilmiş, kənd təsərrüfatı və energetika sahələrində əsaslı yenidənqurmalar aparılmışdır. Bu təşəbbüslər nəticəsində Azərbaycan SSR ittifaq miqyasında qabaqcıl və dinamik inkişaf edən respublikalardan birinə çevrilmiş, milli iqtisadiyyatın strukturu zənginləşdirilmiş və onun dayanıqlı inkişafı üçün əsaslı zəmin yaradılmışdır. Eyni zamanda, ümummilli lider Heydər Əliyev təhsilin inkişafını və yüksək ixtisaslı milli kadrların hazırlanmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdi. Onun təşəbbüsü və bilavasitə nəzarəti ilə Azərbaycanda məktəb və ali təhsil müəssisələrinin sayı artırılmış, texniki peşə təhsili gücləndirilmiş, qabaqcıl təhsil proqramları tətbiq olunmuş və ixtisaslı müəllim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Ən mühüm addımlardan biri də Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif regionlarından olan gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi olmuşdur. Bu gənclər mühəndislik, idarəetmə, hərb, tibb, iqtisadiyyat və digər strateji sahələr üzrə təhsil alaraq respublikaya qayıtdıqdan sonra milli kadr potensialının formalaşmasında mühüm rol oynamışlar. Bununla yanaşı, Heydər Əliyev milli özünüdərkin, milli şüurun və dövlətçilik ideyalarının təşəkkül tapmasına və güclənməsinə xüsusi önəm verirdi. Onun rəhbərliyi ilə Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin təbliği və öyrənilməsi geniş vüsət aldı, milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün kompleks tədbirlər görüldü. Azərbaycanın tarixi şəxsiyyətlərinin, görkəmli elm və mədəniyyət xadimlərinin irsinin araşdırılması, yeni elmi mərkəzlərin yaradılması və müxtəlif yubileylərin keçirilməsi milli kimlik və qürur hissinin yüksəlməsinə təkan verdi. Ümummilli lider Heydər Əliyevin həmin illərdə yaratdığı ideoloji, kadr və iqtisadi baza sonrakı müstəqillik dövründə ölkənin idarə olunmasında, strateji qərarların qəbulunda və dövlətçiliyin möhkəmləndirilməsində həyati əhəmiyyət kəsb etdi. Sovet dönəmində formalaşan bu kadrlar müstəqillik illərində Azərbaycanın idarəetmə sistemində, siyasi və iqtisadi institutların təşəkkülündə fəal iştirak etdilər və ölkənin müasir inkişaf modelinin qurulmasında aparıcı mövqelər tutdular. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli təfəkkürün formalaşması, kadr potensialının yaradılması və müstəqil dövlətçiliyin təməl prinsiplərinin təşəkkülü baxımından strateji əhəmiyyət daşıyır. Bu irs bu gün də Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas dayaqlarından biri olaraq qalmaqdadır.

XX əsrin sonlarında beynəlxalq münasibətlər sistemində dərin struktur dəyişiklikləri baş verdi və dünya yeni bir geosiyasi düzənə qədəm qoydu. Soyuq müharibənin başa çatması və ideoloji blokların çökməsi nəticəsində yaranan bu yeni dövrdə bir sıra imperiyalar parçalandı, onların tərkibindəki xalqlar müstəqil dövlət quruculuğu istiqamətində hərəkətə keçdilər. Bu prosesin ən mühüm mərhələlərindən biri də Sovet İttifaqının dağılması və bunun fonunda milli azadlıq hərəkatlarının geniş vüsət alması idi. Azərbaycan xalqı da bu tarixi fürsəti dəyərləndirərək uzun illər arzuladığı istiqlaliyyətini reallaşdırmaq üçün mübarizəyə qalxdı. 1988-ci ildən etibarən ölkədə milli özünüdərk, azadlıq idealları və dövlət müstəqilliyi uğrunda mübarizə geniş vüsət aldı. Lakin bu mübarizə asan və maneəsiz olmadı, əksinə, son dərəcə mürəkkəb, faciəli və ağrılı bir mərhələdən keçdi.

1990-cı ilin 20 Yanvar faciəsi bu mübarizənin ən dəhşətli səhifələrindən biri oldu. SSRİ rəhbərliyi tərəfindən Bakıya yeridilən hərbi hissələr yüzlərlə günahsız insanı qətlə yetirdi, xalqın azadlıq arzusu və müstəqillik iradəsi qan içində boğulmağa çalışıldı. Lakin bu hadisə əksinə olaraq Azərbaycan xalqının milli birliyini daha da gücləndirdi və müstəqillik ideyalarına olan inamı artırdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin alovlanması, bir milyondan artıq soydaşımızın doğma torpaqlarından didərgin düşməsi müstəqillik yolunda ölkəmizin qarşısında ciddi maneələr yaratdı. Üstəlik, bu dövrdə ölkə daxilində baş verən siyasi gərginliklər, hakimiyyət böhranları, silahlı qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı bir dövlət kimi tam çökmək təhlükəsi ilə üz-üzə qoymuşdu.

1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk mərhələdə formal xarakter daşıyırdı, çünki ölkədə real siyasi və iqtisadi idarəetmə mexanizmləri iflic vəziyyətinə düşmüşdü. Dövlət institutları zəifləmiş, milli ordu formalaşmamış, siyasi hakimiyyətin legitimliyi isə xalq tərəfindən qəbul olunmurdu. Xarici siyasətdə ardıcıl və aydın xətt mövcud deyildi, ölkə beynəlxalq arenada demək olar ki, təcrid vəziyyətində idi. Belə bir xaos və anarxiya şəraitində Azərbaycanın mövcudluğu sual altına düşmüş, müstəqillik ideyaları reallaşmaq əvəzinə tənəzzülə uğramağa başlamışdı.

Məhz belə bir böhranlı və çıxılmaz şəraitdə Azərbaycan xalqı tarixə mühüm istiqamət verən qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. Xalqın təkidli tələbi və çağırışı ilə 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyini üzərinə götürərək dövlətçiliyin xilaskarı rolunu oynadı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və qətiyyətli qərarları sayəsində Azərbaycanda vətəndaş qarşıdurmalarının qarşısı alındı, konstitusion quruluş bərpa edildi, dövlət institutlarının fəaliyyəti canlandırıldı və sabitlik təmin olundu. Ən mühüm məsələlərdən biri də odur ki, Heydər Əliyev ölkədə milli həmrəyliyin və hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdıraraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

Ulu öndər qısa müddət ərzində həm daxili idarəetmə sahəsində sabitlik yaratdı, həm də xarici siyasətdə balanslı və praqmatik kurs müəyyənləşdirdi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya dövlətləri və nüfuzlu təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bir tərəfdən Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq hüquq normalarına əsaslanan mövqe sərgiləndi, digər tərəfdən isə xarici sərmayələrin cəlb olunması ilə neft strategiyası əsasında iqtisadi inkişafın təməlləri qoyuldu. Ulu öndərin rəhbərliyi ilə ölkəmiz təkcə regional deyil, həm də qlobal miqyasda sabit və etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Beləliklə, XX əsrin sonunda Azərbaycanın müstəqilliyi real məzmun və keyfiyyət qazandı, dövlətçiliyin əsas prinsipləri təsbit edildi və gələcək inkişafın strateji xətti müəyyənləşdirildi. Bütün bu nailiyyətlərin mərkəzində isə ümummilli lider Heydər Əliyevin xilaskar missiyası, müdrikliyi və yenilməz liderlik keyfiyyətləri dayanırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı və müasir dövlət quruculuğunun əsası qoyuldu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi siyasət Azərbaycanın müstəqil dövlət kimi güclənməsinin əsasını təşkil etmişdir. Onun rəhbərliyi ilə Konstitusiyanın qəbul olunması, ordu quruculuğu, neft strategiyasının hazırlanması və həyata keçirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin formalaşdırılması, beynəlxalq münasibətlərin çoxtərəfli əsasda qurulması və regionun sabitlik adasına çevrilməsi müstəqil dövlətçiliyimizin təməl sütunlarını təşkil etmişdir. Ulu Öndərin siyasi təfəkkürü milli dövlətçiliyin əsasını təşkil etmişdir. Onun baxışında müstəqil dövlət ideyası milli kimliklə, xalqın iradəsi ilə və təhlükəsiz sabah anlayışı ilə üzvi surətdə bağlı idi.

Ümummilli Liderin ilk və ən mühüm addımlarından biri ölkədə sabitliyin və konstitusiyaçılığın bərqərar edilməsi oldu. Onun rəhbərliyi ilə qanunsuz silahlı birləşmələr tərksilah edildi, hüquqi dövlətin əsasları qoyuldu, milli ordu formalaşdırıldı və dövlət institutları bərpa edildi. Paralel olaraq, sosial-iqtisadi sahədə köklü islahatlara start verildi. Ulu öndər müasir Azərbaycanın inkişaf yolunun bazar iqtisadiyyatına əsaslanan azad iqtisadi münasibətlərdən keçdiyini bəyan etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan tarixində neft strategiyasının əsasını qoyaraq ölkəmizə böyük həcmdə xarici sərmayənin cəlb edilməsinə və iqtisadi dirçəlişə zəmin yaratdı. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji bazarına çıxış əldə etdi, beynəlxalq investisiyaların mərkəzinə çevrildi. Bu strategiya yalnız iqtisadi inkişafla məhdudlaşmadı, eyni zamanda Azərbaycanın geosiyasi əhəmiyyətini də artırdı. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində həyata keçirilən bu layihələr Azərbaycanı enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşa çevirdi.

Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyildi, bu, milli ruhun dirçəlişi, dövlətçiliyin real əsaslar üzərində qurulması və xalqın gələcəyə olan inamının bərpası idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında milli dövlətçilik ideyası öz hüquqi əsasını tapdı. Milli dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və tarixi yaddaşın bərpası dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Heydər Əliyev öz xilaskarlıq missiyasını böyük quruculuq fəaliyyəti ilə tamamladı. Onun xalqın birliyinə və həmrəyliyinə əsaslanan dövlətçilik modeli bu gün də müasir Azərbaycanın inkişafının əsas dayağı olaraq qalır. Ümummilli liderin “Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir” fikri bu gün hər bir azərbaycanlının inam və qürur mənbəyidir.

Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyev diplomatiyasının əsas istiqamətlərindən biri olmuşdur. Ulu öndər Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, şəffaf, ardıcıl və müdrik bir kurs müəyyənləşdirmişdir. O, "müvazinətli xarici siyasət" strategiyasını həyata keçirərək ölkəmizin həm qonşu region dövlətləri, həm də dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında münasibətlər qurmasına nail olmuşdur. Bu siyasət təkcə Azərbaycanın beynəlxalq aləmdə tanınmasına deyil, həm də onun müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə yönəlmişdi. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan praqmatik və uzaqgörən diplomatik fəaliyyət nəticəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), MDB və digər beynəlxalq və regional təşkilatlarda fəal və bərabərhüquqlu üzv kimi təmsil olunmağa başladı. Azərbaycanın xarici siyasəti qlobal sabitlik və sülhə töhfə vermək məqsədi daşıyırdı və ulu öndər bu baxımdan balanslaşdırılmış münasibətlərin qurulmasına xüsusi önəm verirdi. Məhz ulu öndərin müəyyən etdiyi xarici siyasət kursu sayəsində Azərbaycan Avropa strukturlarına inteqrasiyanın ilk ciddi addımlarını atdı. Avropa Şurasına üzv qəbul edilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq formatlarının yaranması və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin imzalanması bu siyasətin uğurlarındandır. Bununla yanaşı, ABŞ, Rusiya, Çin, Türkiyə, İran və Avropa dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması da Azərbaycanın geosiyasi çəkisini artırdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti yalnız diplomatik əlaqələrin qurulması ilə məhdudlaşmadı, eyni zamanda iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni mübadilə və regional layihələrdə iştirak kimi sahələri də əhatə etdi. Nəticə etibarilə, ulu öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən diplomatiyası Azərbaycanın dünya birliyində nüfuzlu, etibarlı və təşəbbüskar bir dövlət kimi tanınmasında mühüm rol oynadı. Bu siyasət bu gün də uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi ildən-ilə daha da möhkəmlənir.

Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biri də milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin formalaşdırılması və onun dövlət səviyyəsində tətbiqinə nail olunmasıdır. Ulu öndər bu ideologiyanı Azərbaycan xalqının həmrəyliyi, birliyi və ortaq dəyərlər sisteminin əsası kimi təqdim etmiş, bu ideyanın ətrafında cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə müvəffəq olmuşdur. Onun rəhbərliyi ilə milli maraqlar ümumbəşəri dəyərlərlə vəhdətdə təqdim edilmiş, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı cəmiyyət modeli azərbaycançılıq ideologiyası çərçivəsində yeni məzmun kəsb etmişdir. Azərbaycançılıq Ümummilli Liderin baxışında yalnız etnik mənsubiyyəti əks etdirən anlayış deyildi; bu, daha geniş bir siyasi-mənəvi platforma idi. O, bu ideologiyanı dövlətin təməl sütunlarından biri kimi formalaşdırdı və ölkədə yaşayan bütün xalqların – azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, ruslar, tatlar və digərlərinin milli, dini və mədəni müxtəlifliyini qoruyaraq, onların hamısını vahid və bərabər hüquqlu vətəndaşlıq prinsipi əsasında bir ideya ətrafında birləşdirdi. Bu yanaşma Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, demokratik dəyərlərin təşəkkül tapmasına və milli həmrəyliyin güclənməsinə mühüm töhfə verdi. Ümummilli Lider azərbaycançılıq ideyasını həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ edərək, bu məfkurəni Azərbaycanın xarici siyasətinin və diaspor fəaliyyətinin əsas ideoloji istiqamətinə çevirdi. Onun təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni birliyinin qorunması və Azərbaycan dövləti ilə əlaqələrinin gücləndirilməsi məqsədilə konseptual yanaşmalar irəli sürüldü. 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu baxımdan azərbaycançılıq ideyasının zirvəsi və onun beynəlxalq səviyyədə təsdiqi kimi tarixə düşdü. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və möhkəmləndirdiyi azərbaycançılıq ideologiyası müstəqil dövlətin milli ideoloji dayağına çevrildi. Bu ideologiya dövlətin strateji inkişaf konsepsiyalarında, təhsil siyasətində, mədəniyyət proqramlarında, o cümlədən qanunvericilikdə öz əksini tapdı. Azərbaycançılıq bu gün də müasir Azərbaycan Respublikasının ideoloji əsaslarından biri kimi öz aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideya daha da inkişaf etdirilir, milli kimliyin və vətəndaş həmrəyliyinin müasir çağırışlara uyğun formalaşmasında əsas rol oynayır.

Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə verdiyi önəm heç də təsadüfi deyildi. Ulu öndər dəfələrlə vurğulayırdı ki, “Təhsil hər bir xalqın gələcəyidir”. Bu yanaşma onun dövlətçilik fəlsəfəsinin, xüsusilə insan kapitalının formalaşdırılması istiqamətində baxışlarının təməl prinsiplərindən birini təşkil edirdi. Ulu öndərin rəhbərliyi ilə təhsil sahəsi müstəqil Azərbaycanın inkişaf strategiyasında əsas prioritet istiqamətlərdən birinə çevrildi. O, yaxşı anlayırdı ki, savadlı, milli ruhda tərbiyə olunmuş, dünyagörüşü geniş gənclər olmadan müasir dövlət qurmaq mümkün deyil. Bu səbəbdən də təhsilin inkişafı üçün sistemli və ardıcıl islahatlar həyata keçirildi. Ümummilli Liderin təşəbbüsü ilə müstəqillik dövründə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Təhsil sahəsində hüquqi-normativ baza yeniləndi, təhsilin məzmunu və idarəetmə strukturları təkmilləşdirildi. Ali təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi, müasir laboratoriyalar və informasiya texnologiyaları ilə təminat artırıldı. O, təhsilin keyfiyyətini yüksəltmək üçün dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verirdi. Gənclərin xarici ölkələrdə təhsil almaları üçün imkanların yaradılması da məhz ümummilli liderin strateji baxışlarının bir hissəsi idi. Bu məqsədlə müxtəlif beynəlxalq proqramlara qoşulmaqla yanaşı, dövlət səviyyəsində müvafiq mexanizmlər işə salındı və ilk dəfə sistemli xaricdə təhsil siyasətinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə bu diqqəti, əslində, ölkənin gələcəyinə, milli təhlükəsizliyə, sosial inkişaf və iqtisadi modernləşməyə olan strateji baxışının təzahürü idi. Onun müəyyən etdiyi bu kurs bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan təhsil sistemi dayanıqlı inkişaf yolunda irəliləyir.

Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində apardığı siyasət milli-mənəvi dəyərlərə əsaslanaraq xalqın mənəvi intibahını hədəfləyirdi. O, Azərbaycan mədəniyyətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ulu öndərin təşəbbüsü ilə musiqi, ədəbiyyat, teatr və təsviri sənət sahələrinə xüsusi diqqət göstərildi. Azərbaycanın zəngin mədəni irsi – muğamı, klassik musiqisi, poeziyası və incəsənəti dünya miqyasında tanıdıldı. Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün mühüm institusional islahatlar həyata keçirildi. Heydər Əliyev azərbaycançılıq ideologiyasını yalnız siyasi doktrina kimi deyil, milli birlik fəlsəfəsi kimi təqdim edirdi. Bu ideya cəmiyyətin bütün təbəqələrini birləşdirən ortaq dəyərə çevrildi. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşların birliyini təmin edən bu fəlsəfə milli dövlətçiliyin ideoloji əsasını təşkil etdi. Ulu öndərin müəyyən etdiyi bu yol bu gün də davam etdirilir. Azərbaycançılıq ideyası hələ də milli həmrəyliyimizin əsas sütunu kimi öz aktuallığını saxlayır.

Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi onun həyatının bütün mərhələlərində özünü göstərmişdir. Bu müdrikliyin ən bariz təzahürlərindən biri isə Azərbaycan dövlətçiliyinin davamlılığını təmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see135

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see130

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see125

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see123

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see123

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see122

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see120

Sel körpünü dağıtdı

02 May 2025 03:01see118

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see116

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see115

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see114

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri