Tramp Budapeştdə Putinlə görüşə nəyin mane olduğunu açıqlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüş keçirməsinə əsas maneə Rusiyanın dayanmaq istəməməsi və Ukraynada döyüş əməliyyatlarını dayandırmaqdan imtina etməsidir.
APA xəbər verir ki, Tramp bu barədə Macarıstanın baş naziri Viktor Orbanla Ağ Evdə görüşü zamanı danışıb.
“Əsas fikir ayrılığı ondadır ki, onlar hələlik sadəcə dayanmaq istəmirlər. Amma mən düşünürəm ki, dayanacaqlar. Mən bu görüşü Macarıstanda, Budapeştdə keçirmək istərdim. O vaxt həmin görüşü keçirmədim, çünki əhəmiyyətli bir şeyin baş verəcəyini düşünmürdüm. Amma əgər bu dəfə baş tutsa, istərdim ki, o, Budapeştdə olsun. Bu, yaxşı olardı”, – Tramp deyib.
Baxış sayı:46
Bu xəbər 08 Noyabr 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















