Icma.az
close
up
RU
Müstəqil Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini nümayiş etdirir

Müstəqil Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini nümayiş etdirir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini uğurla davam etdirir. COP29 çərçivəsində müxtəlif, zəngin mövzular gündəmə gətirilir və müzakirə olunur. Məqsəd qlobal iqlim dəyişiklikləri ilə mübarizədə müəyyən nəticələr əldə etməkdir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, belə tədbirlərdən biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitidir. Məlumdur ki, kiçik ada dövlətləri isə qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdən sayılır. Bu dövlətlər çox vaxt geoloji olaraq dəniz səviyyəsindən aşağı ərazilərdə yerləşdikləri üçün qlobal iqlim dəyişmələrinin yaratdığı fəsadlardan əziyyət çəkir. Paralel olaraq atmosferə buraxılan çirkli qazların miqdarının artımı bu ölkələrə yan təsirlər buraxan əsas amillərdən sayılır. Həmin ərazilərdə təbii qanunauyğunluqlar pozulur, tez-tez yağışlar yağır, tufanlar, qasırğalar baş verir. Bir sözlə, iqlim təhdidləri kiçik ada dövlətlərinin varlığını aşkar şəkildə təhdid edir. Ortadakı təbii fəlakətlərə qarşı bu dövlətlərin reaksiyası isə güclü deyil - kiçik ada dövlətləri tropik fırtınaların, quraqlıqların və ekstremal hava şəraitinin yaratdığı iqlim şəraitinə qarşı çox həssasdırlar. Bu məsələlər onların kənd təsərrüfatı, içməli su ehtiyatları və insanların gündəlik həyatına ciddi təsir göstərir.

Millət vəkilinin sözlərinə görə, Sammitdə çıxış edən Prezident cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Azərbaycan fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Pərvin Kərimzadə qeyd edib ki, özlərini demokratiyanın və insan haqlarının “beşiyi” hesab edən bəzi Qərb ölkələri təbiətə, ekologiyaya ciddi ziyan vururlar. Onlar müstəmləkəçi siyasətləri ilə insanlarla yanaşı təbiətə də qarşı soyqırımı törədiblər. Fransa və Niderlandın bu “siyasiəti” deyilənlərə sübutdur. Prezident cənab İlham Əliyevin Sammitdə qeyd etdiyi kimi, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.

Dövlət başçısının dediyi kimi, həmin ölkələrin müstəmləkəsi altında olan xalqalara qarşı törədilən cinayətlər nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Prezident İlham Əliyev qeyd edib: “Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

“Beləliklə, bu ölkələrdən fərqli olaraq Azərbaycan hər zaman haqqın və ədalətin tərəfdarıdır. Ölkəmiz neokolonializmdən əziyyət çəkən xalqların yanında olmaqda davam edəcək. Eyni zamanda, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə kiçik ada dövlətlərinə mümkün dəstəyini davam etdirəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri