Icma.az
close
up
RU
Müstəqil Dövlətlər Birliyi ölkələrində vəziyyət dəyişir

Müstəqil Dövlətlər Birliyi ölkələrində vəziyyət dəyişir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Müstəqil Dövlətlər Birliyi ölkələrində maraqlı proseslər gedir. Rusiyanın bir nömrəli müttəfiqi olan Belarusda bəzi xarici vətəndaşlar həbsxanadan buraxılıb. Eləcə də siyasi baxımdan Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı olan bəzi şəxslər həbsdən azad ediliblər. Mənim fikrimcə, bu göstərir ki, Belarus danışıqlar aparır və ölkəyə qarşı sanksiyaları aradan qaldırmağa çalışırlar. Təsəvvür edin ki, Belarus Rusiyanın bir nömrəli müttəfiqidir və belə addımlar atır. Bu halda digər MDB ölkələrinin Rusiyaya daha çox yaxın olmasından danışmaq doğru deyil”.
Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə deyib.
Mütəxəssis əmindir ki, Rusiya-Ukrayna savaşı fonunda MDB ölkələri Rusiyadan o qədər də asılı qalmayıb.
Onun sözlərinə görə, indi Mərkəzi Asiya ölkələri daha çox Çinə güvənir, Pekinlə böyük iqtisadi əlaqələrə malikdirlər. “Cənubi Qafqazda da vəziyyət ortadadır. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədir və ərazi bütövlüyü məsələsini həll edib. Ermənistan daha çox Fransaya yaxındır. Gürcüstan qaynayır, əhali Avropaya, hakimiyyət nisbətən Rusiyaya münasibətdə loyaldır. Odur ki, indi vəziyyət Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə fərqlidir”, - deyə A. İsazadə əlavə edib.

Azad İsazadə
Hərbi analitik bildirib ki, əgər Rusiya Ukraynada müharibəni udsa və istədiyini nail olsa, vəziyyət dəyişəcək: “Amma Rusiya çətin ki, Ukraynada qalib gəlsin. Putin Ukraynanı götürsəydi digər MDB ölkələri düşünəcəkdi ki, Ukrayna kimi dövlət, Avropanın ortasında olan ölkəni tam ələ keçirdisə, biz nə edə bilərik...”.
Amma A. İsazadə düşünür ki, nə bu gün, nə də sabah Rusiya prezidenti Putinin Ukraynada qələbəsi görünmür:
“Qələbə dedikdə nəyi nəzərdə tuturuq? Ukraynada hakimiyyətə Rusiyaya yaxın, hətta loyal şəxsin gətirilməsini. İndi və yaxın illərdə bu mümkün olmayacaq. Çünki Rusiya Ukraynada böyük dağıntılar, qətliamlar törədib, ukraynalılar heç vaxt Rusiyaya yaxın və loyal olacaq şəxsi hakimiyyətə buraxmayacaq”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri