Icma.az
close
up
RU
Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi mərhələni simvolizə edir ŞƏRH

Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi mərhələni simvolizə edir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

28 May - Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi və dönüş yaradan bir mərhələni, Şərqdə və müsəlman dünyasında ilk parlamentli, demokratik və hüquqi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasını simvolizə edir. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı öz müstəqilliyini elan edərək, milli dövlətçilik ənənələrinin yeni və mütərəqqi bir səhifəsini açdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, qısa, lakin çox zəngin tarixi ömrə malik olan AXC cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm və davamlı izlər buraxdı. İlk parlamentin və hökumətin formalaşdırılması, dövlət atributlarının təsis edilməsi, milli ordunun yaradılması, vətəndaşlıq institutunun formalaşdırılması, təhsil, ədliyyə və mədəniyyət sahələrində həyata keçirilən islahatlar müasir Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Xüsusilə Bakı Dövlət Universitetinin yaradılması, təhsilin milliləşdirilməsi və milli kadr hazırlığı istiqamətində atılan addımlar xalqın intellektual potensialının inkişafına mühüm töhfə verdi.

AXC-nin ən mühüm tarixi xidmətlərindən biri də xalqın milli kimlik şüurunu gücləndirməsi və onun öz müqəddəratını təyin etmək iradəsini bütün dünyaya nümayiş etdirməsi olub. Bununla yanaşı, beynəlxalq əlaqələrin qurulması istiqamətində atılan addımlar Azərbaycanın dünya siyasi sisteminə inteqrasiyası üçün ilkin diplomatik təməlləri formalaşdırıb.

“1920-ci ildə AXC-nin süqut etməsinə baxmayaraq, xalqımızın müstəqillik arzusu sönmədi, dövlətçilik ənənələri milli yaddaşda yaşamaqda davam etdi. Məhz bu tarixi iradənin nəticəsi olaraq 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Bu varislik prinsipi müasir Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edib.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb siyasi və iqtisadi vəziyyətdə dövlətçiliyin qorunması, milli birliyin təmin olunması və müstəqilliyin dönməz xarakter alması istiqamətində misilsiz xidmətlər göstərib. Onun rəhbərliyi ilə Azərbaycanın dövlətçilik əsasları möhkəmləndirilib, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli dövlət bayrağı dövlət rəmzi kimi ucaldılıb, AXC irsinə yüksək qiymət verilib və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilib. O, azadlıq və müstəqillik ideallarını müasir inkişaf strategiyası ilə birləşdirərək güclü Azərbaycan dövlətinin təməlini yaradıb”, - deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Deputat bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasi kurs uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan öz suverenliyini daha da möhkəmləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb və regionun aparıcı dövlətlərindən birinə çevrilib. Xüsusilə ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin təmin olunması istiqamətində qazanılan uğurlar xalqımızın milli həmrəyliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan demokratik inkişaf, hüquqi dövlət quruculuğu və milli maraqlara əsaslanan müstəqil siyasət prinsiplərini daha da gücləndirərək AXC-nin dövlətçilik və müstəqillik ideallarını yaşatmaqdadır.

Bu baxımdan, 28 May yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik iradəsinin rəmzidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin idealları müasir Azərbaycanda yaşadılır, ölkəmizin inkişafı və güclü dövlət quruculuğu prosesində öz parlaq təcəssümünü tapır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri