Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Müstəqillik Günü böyük iftixar və qürur tariximizdir

Müstəqillik Günü böyük iftixar və qürur tariximizdir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108 il ötür. 1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz suveren iradəsini ifadə edərək dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş və milli dövlətçilik ideyalarının siyasi-hüquqi əsaslarını formalaşdırmışdır. Həmin qərar demokratik dəyərlərə əsaslanan müasir dövlətçilik ənənələrinin başlanğıcı kimi əlamətdar olmuşdur. Cümhuriyyət dövründə qadınların səsvermə hüququnun tanınması, milli azlıqların hüquqlarının təmin olunması və demokratik institutların formalaşdırılması bu dövlətin gələcəyə hesablanmış siyasi iradəsinin göstəricisi idi. İstiqlal Bəyannaməsi xalqın azad yaşamaq, hüquqi əsaslarla idarə olunmaq və demokratik cəmiyyət qurmaq istəyinin aydın ifadəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun milli dövlətçilik və azadlıq ideyaları xalqımızın şüurunda və tarixində dərin iz buraxmışdır. Bu ideyalar illərlə yaşadılmış və nəhayət, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpası ilə gerçəkliyə çevrilmişdir. 1991-ci ildə SSRİ-nin süqutu ilə yaranan yeni tarixi şərait xalqımıza müstəqil yaşamaq, öz siyasi və iqtisadi həyatını suveren şəkildə qurmaq imkanı vermişdir. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu dövlətçilik ideallarının dirçəldilməsi demək idi.

Müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən siyasi böhran və dərin sosial-iqtisadi çətinliklər dövləti ciddi şəkildə təhlükəyə məruz qoymuşdu. Məhz belə bir mərhələdə xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə müstəqil siyasət yürüdülməyə başlandı, ölkəmizdə sabitlik təmin olundu, ordu quruculuğu sahəsində islahatlar həyata keçirildi, həmçinin beynəlxalq münasibətlər sisteminə inteqrasiya istiqamətində ciddi addımlar atıldı. Ümummilli Lider daim Cümhuriyyət ideya və ənənələrinə böyük ehtiramla yanaşmışdır. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirmişdir. Ulu Öndər qeyd etmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müasir, müstəqil dövlət kimi inkişafının təməlini qoymuş, gələcək Zəfər yolunun əsasları formalaşdırılmışdır. Bugünkü güclü Azərbaycan məhz həmin strateji kursun davamı olaraq öz inkişaf yolunda inamla irəliləyir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm uğurlara imza atıb, güclü iqtisadiyyata və nüfuzlu beynəlxalq mövqeyə sahib olub. Azərbaycanın sabitlik adası kimi tanınması, regional və qlobal təşəbbüslərdə fəal iştirakı, enerji və nəqliyyat layihələrində aparıcı mövqedə çıxış etməsi dövlətimizin başçısının həyata keçirdiyi milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Ən əsası, Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi. 2023-cü ildə şanlı ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli aniterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi. Bu, müasir dövlətçilik tariximizin zirvə hadisəsi, ən möhtəşəm qələbəsidir.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncam milli dövlətçilik tarixinə və Cümhuriyyət irsinə yüksək dəyərin bariz nümunəsidir. Eyni zamanda, cümhuriyyətin banilərindən biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam milli yaddaşın qorunmasına verilən xüsusi önəmin göstəricisidir. Dövlətimizin başçısı qeyd etmişdir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Beləliklə, 28 May – Müstəqillik Günü bu günümüzün və gələcəyimizin ideya əsaslarını, milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tarixi bir rəmzə çevrilmişdir. Bu əlamətdar gün xalqımızın azadlıq əzmini, müstəqil yaşamaq iradəsini və milli dövlət quruculuğuna sadiqliyini əks etdirir. Azərbaycan dövləti şanlı tarixi böyük qürurla yad edir, Cümhuriyyətin qurucularının əziz xatirəsini daim uca tutur.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see295

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see286

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see264

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see256

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see244

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see243

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see234

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see230

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see214

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see213

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see202

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see195

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see194

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see190

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see188

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see169

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see164

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri