Icma.az
close
up
RU
“Müstəqillik Gününü Qələbə sevinci ilə qeyd edirik” Zaqataladan yazırlar

“Müstəqillik Gününü Qələbə sevinci ilə qeyd edirik” Zaqataladan yazırlar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaqatala, 27 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Zaqatala ziyalısı, jurnalist, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiqızının “Müstəqilliyimiz əbədi və sarsılmazdır” məqaləsini təqdim edirik.

“Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Məncə bu, ən doğru qərar idi. 1918-ci ildə əldə etdiyimiz dövlət müstəqilliyimiz bolşevik işğalı ilə süquta uğramışdı. Qarabağ hadisələri gündəmə gələndən Azərbaycan xalqını ilk növbədə, düşündürən məhz 70 il əvvəl itirdiyi müstəqilliyi bərpa etmək olmuşdu. 1990-cı illərdə hadisələr nə qədər sürətlə dəyişsə də, Azadlıq meydanında kükrəyib-daşan xalqın ilk tələbi məhz dövlət müstəqilliyimizin bərpası olmuşdu. 1992-ci ildə, Birinci Qarabağ savaşının ağır dönəmində bu qərar qəbul edildi. Azərbaycan xalqı bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu, yəni müstəqilliyini bərpa etdi. Həmin gündən də xalq öz üçrəngli, ay-ulduzlu bayrağının ətrafında sıx birləşdi. Dövlət Himnimiz qürurla səsləndi. Azərbaycan dünyaya haqq səsini məhz müstəqil dövlət kimi yaymağa başladı. Dünya isə haqq səsimizi eşitmək istəmirdi. Qarabağda torpaqlarımız işğal olunur, insanlar - qoca, cavan, uşaq demədən qətlə yetirilirdi. Qarabağda insanlıq cinayəti yaşanırdı. Lakin dünya dövlətləri haqsızın tərəfində idi. Müstəqilliyimiz yenə də təhlükə ilə üzbəüz idi.

Belə bir vaxtda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin xilaskarı oldu. O deyirdi: “Müstəqilliyi əldə etmək asan, onu qoruyub saxlamaq isə çətindir”. Həyata keçirilən düzgün daxili və xarici siyasət müstəqilliyimizin əbədi olmasına gətirib çıxardı. Atəşkəs elan olundu, çünki yeni ordu quruculuğu, iqtisadi inkişaf, dövlətin möhkəmlənməsi lazım idi. Bu cür qeyri-müəyyən bir savaşın içərisində iqtisadiyyatı dağılan, torpaqlarının 20 faizi işğal olunan, bir milyon qaçqın-köçünü olan, dünyaya haqq səsini çatdıra bilməyən ölkə heç nə edə bilməzdi. Qısa müddətdə bağlanan neft müqavilələri, neft-qaz kəmərlərinin çəkilməsi, iqtisadiyyatın normallaşması, daxili məhsul istehsalının artması və saymadığımız onlarla irihəcmli layihə ölkəmizin dünyada nüfuzunu artırdı. Bayrağımız ən mötəbər məclislərdə dalğalanmağa başladı, dünya yavaş-yavaş həqiqətləri eşidirdi. Erməni yalanlarının ifşa olunması, ciddi-cəhdlə gizlədilən tarixi həqiqətlərin üzərindən pərdənin qaldırılması artıq xarici siyasətimizin təntənəsindən xəbər verirdi.

2003-cü ildə xalqın seçimi ilə hakimiyyətə gələn Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onun hakimiyyətinin ilk illərindən başlayaraq ölkə iqtisadiyyatının inkişafına xüsusi önəm verildi, eyni zamanda, sürətlə güclü ordu quruculuğu aparıldı. Çünki işğal əbədi davam edə bilməzdi. Erməni dığaları tez-tez atəşkəsi pozur, işğal edilmiş ərazilərimizdə vandalizm hərəkətləri törədirdilər. Paşinyan hökuməti “yeni torpaqlar uğrunda yeni savaş” deyərək, sərxoş sərsəmləmələrini dilə gətirirdi. Onların Azərbaycan xalqının qələbə əzmindən xəbəri yox idi. Xalq “Bir kərə yüksələn bayraq bir daha enməz!” andını içmiş, bir yumruq kimi öz Prezidentinin ətrafında birləşmişdi. Hər kəs Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir idi. O əmr verildi. 2020-ci il sentyabrın 27-də müzəffər ordumuz “İrəli!” əmri ilə düşmənin üzərinə yeridi. O ordu qalib ordu oldu, o ordu ən mükəmməl döyüş taktikasına yiyələnən əsgər və zabitlərin düşmən üzərinə şığıyan, xalqımıza yaşatdığı bütün əzabların, göz yaşlarının əvəzini çıxan qəhrəman oğulların hayqıran səsi oldu. Müzəffər ordumuz düşməni Vətən torpaqlarından “iti qovan kimi qovdu”. Ordumuzun bu Qələbəsi dünyanı mat qoydu. Bütün dünyaya sübut edildi ki, Azərbaycan xalqı öz Vətənini müdafiə etməyi, düşmənə layiq olduğu cəzanı verməyi bacarır. Beləliklə, 44 günlük İkinci Qarabağ savaşı tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan 30 ildə ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi məsələni 44 gündə həll etdi. Bununla da, BMT-nin məlum qətnamələrini yerinə yetirmiş oldu.

Bu gün bu sətirləri böyük qürur içərisində yazıram. Artıq Müstəqillik Gününü məhz Qələbə sevinci ilə keçiririk. Düz beş ildir ki, xalqımız bu Qələbənin xoş duyğuları ilə yaşayır. Bu Qələbəni bizə yaşadan şəhidlərimizi hörmət və ehtiramla yad edir, qazilərimizə Tanrıdan cansağlığı və şəfa diləyirik. Artıq müstəqilliyimiz işğaldan azad olunan torpaqlarımızda, baş tacımız olan Şuşamızda da qeyd edilir.

Bəli, müstəqilliyimiz əbədi və sarsılmazdır, çünki onun qarantı güclü Azərbaycan dövlətidir. Yaşa, var ol, Azərbaycan!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see749

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see179

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see173

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see131

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri