Müstəqillik tariximizdə ən az uşaq ötən il doğulub ŞOK RƏQƏMLƏR
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan demoqrafik böhranın astanasındadır.
Modern.az xəbər verir ki, ölkədə 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub.
Hələlik 2025-ci ilin tam yekun rəqəmləri açıqlanmasa da, rəsmi statistikalar və ekspert proqnozları vəziyyətin ciddiliyini ortaya qoyur. Belə ki, 2025-ci ilin ilk 10 ayında ölkədə 80 802 uşaq doğulub. İlin sonuna qədər bu rəqəmin təxminən 95 000 nəfərə çatması gözlənilir ki, bu da müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi tarixə keçəcək.
Belə ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620 və 2022-ci ildə 122 846 uşaq anadan olub. Hətta, COVID-19 tüğyan edən və toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571 və 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.
Müstəqillik tariximizdə ən çox uşaq 1991-ci ildə (190 353), 1992-ci ildə (181 364) və 2011-ci ildə (176 072) doğulub.
Bu statistika göstərir ki, 1991-ci ildəki doğum göstəricisi ilə 2025-ci ilin proqnozu arasında təxminən 2 dəfəyə yaxın azalma var. Bu meyil gələcəkdə əmək bazarında işçi qüvvəsinin azalması və əhalinin qocalması kimi çağırışlara yol aça bilər.
Azərbaycanda doğulan uşaq sayının azlamasının səbəbləri kimi gənclər karyera və iqtisadi müstəqillik səbəbindən ailə qurmağı daha gec yaşlara təxirə salması, yaşayış xərclərinin artması və mənzil təminatının ailələrin uşaq sayını məhdudlaşdırması, şəhər həyat tərzinin bölgələrə yayılması və qadınların aktiv əmək fəaliyyətinə qoşulmasının çoxuşaqlı ailə modelini sıradan çıxarması, hazırda reproduktiv yaşda olan nəslin (1990-cı illərin sonu - 2000-ci illərin əvvəlləri doğulanlar) sayca az olması - ümumi doğum sayına birbaşa təsir edir.
Kərim RUTULLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















